BDU-da Nizami və dünya ədəbiyyatı mövzusunda elmi seminar keçirilib

BDU-da “Nizami və dünya ədəbiyyatı” mövzusunda elmi seminar keçirilib

  instaqram AZpress.AZ

  facebook 

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Nizami və dünya ədəbiyyatı” mövzusunda onlayn elmi seminar keçirilib. BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev “Nizami və dünya ədəbiyyatı” mövuzusunda məruzə edib. Məruzədə N.Gəncəvi yaradıcılığının bəşəri əhəmiyyəti, dünya miqyasında araşdırılması və təbliği, Nizami irsinə münasibət, azərbaycanlı alimlərin sözügedən mövzuda apardıqları tədqiqatlardan bəhs edilib, xüsusilə akademik Nərgiz Paşayevanın bu sahədəki xidmətləri diqqətə çatdırılıb. İngilis və İran nizamşünaslığının əhəmiyyətindən danışan C.Nağıyev N.Gəncəvinin həyatı və yaradıcılığı haqqında səsləndirilən mübahisəli elmi görüşlərə toxunub, onun Azərbaycan şairi olması ilə bağlı mühüm arqumentlər barəsində məlumat verib.


Daha sonra AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfov, BDU-nun Dünya ədəbiyyatı kafedrasının dosentləri - Sevinc Məmmədova, Nüşabə Sadıxlı və İlqar Hüseynov, Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev və başqaları N.Gəncəvinin dünya ədəbiyyatındakı mövqeyindən, dünya nizamişünaslığının aktual problemlərindən danışaraq mövzu ilə bağlı fikirlərini bölüşüb, məruzəçiyə suallar ünvanlayıblar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]