Gimnastlarımızı Dünya Kuboku gözləyir - - İNTİQAM təqdim edir (AZpress.AZ)

Gimnastlarımızı Dünya Kuboku gözləyir - İNTİQAM təqdim edir (AZpress.AZ)

 GİMNASTİKA
----------------------------------------------------------------
Gimnastlarımızı Dünya Kuboku gözləyir

  instaqram AZpress.AZ

  facebook 

16-18 aprel aralığında Özbəkistanın paytaxtı Daşkənddə bədii gimnastika üzrə Dünya Kubokunun mərhələ yarışı keçiriləcək. Üç gün davam edəcək bu turnirdə Azərbaycan gimnastları da öz bacarıqlarını nümayiş etdirməyə çalışacaqlar. Turnir həm fərdi, həm də qrup komanda üzrə keçiriləcək. Fərdi yarışlarda ölkəmizi Arzu Cəlilova və Nərmin Səmədova təmsil edəcək. Qrup komanda yarışına gəlincə, burada heyəti Zeynəb Hümmətova. Ləman Əlimuradova. Yelizavet Luzan, Məryəm Səfərova və Darya Sorokindən beşliyindən ibarət komandamız mübarizə aparacaq. Xatırladaq ki, qrup komandamız bundan əvvəl Sofiyada (Bolqarıstan) təşkil edilən analoji yarışda çoxnövçülük üzrə gümüş, 3 halqa və iki gürzlə isə bürünc medal qazanmışdı.
İNTİQAM Məmməıdov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]