Ağcabədidə çiyid səpininə başlanılıb - AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=24+ViDEO)

Ağcabədidə çiyid səpininə başlanılıb AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=24+ViDEO)

 Ağcabədidə çiyid səpininə başlanılıb

  instaqram AZpress.AZ

  facebook 

Ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasınsa ön sıralarda dayanan Ağcabədi pambıqçıları cari ilin çiyid səpininə başlayıblar.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə Ağcabədi rayonunda 10 min 689,2 hektar sahədə pambıq əkilib, 37 min 887 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,44 sentner olub.
Ağcabədi pambıqçıları 2021-ci təsərrüfat ilində də bol məhsul yetişdirmək əzmindədirlər. Cari ildə bölgə ərazisində 10 min 615 hektara yaxın əkin sahəsində pambıq əkilməsi planlaşdırılıb. Bununla əlaqədar olaraq, “Azərpambıq” MMC, “MKT İstehsal Kommersiya" MMC və “P-Agro” MMC ilə istehsalçılar arasında müqavilələr bağlanılıb. Rayonun bütün təsərrüfatlarında pambıq mövsümünə hazırlıq başa çatıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxalanılıb. Sahələr optimal müddətdə şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb.
Artıq təsərrüfatlarda çiyid səpininə başlanılıb. Bu il sahələrdə rayona emal müəssisələri tərəfindən gətirilmiş yüksək keyfiyyətli pambıq sortları yetişdiriləcək. Traktorlar, səpin aqreqatları və digər texniki vasitələr səpin işlərinə səfərbər olunub. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Yeni Qaradolaq kəndindən olan fermer Tofiq İsmayılov, Mehrablı kənd sakini Zülfüqar Əliyev, Qaradolaq kənd sakini Etibar Şirinov və Hüsülü kənd sakini Gülcahan Köçəliyevanın təsərrüfatlarında aparılan çiyid səpini ilə tanış olub. Səpinin gedişi ilə maraqlanan rayon rəhbəri istehsalçılara mütəxəssislərə və mexanizatorlara bununla əlaqədar lazımi məsləhətlərini və tövsiyyələrini verib, onlara həyata keçirilən bu mühüm əkin kampaniyasında uğurlar diləyib, xoş arzularını bildirib.
Səpin işlərinin 15-20 gün müddətində başa çatdırılacağı planlaşdırılır.
Fotomüxbir: Mais Amin AZpress.AZ Ağcabədi.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]