Masallıda Vətən Müharibəsi qəhrəmanlarının əziz xtirəsinə həsr edilmiş İnşa-yazı müsabiqəsi keçirilmişdir - (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

Masallıda “Vətən” Müharibəsi qəhrəmanlarının əziz xtirəsinə həsr edilmiş “İnşa-yazı” müsabiqəsi keçirilmişdir (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

 Masallıda “Vətən” Müharibəsi qəhrəmanlarının əziz xtirəsinə həsr edilmiş “İnşa-yazı” müsabiqəsi keçirilmişdir

  instaqram AZpress.AZ

 

  facebook 

 

6 aprel 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclər evi” sosial xidmət müəssisəsində Koronavirus(COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq, II Qarabağ müharibəsində Qəhrəmanlıq göstərərək öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan hərbi qulluqçularımızın xatirəsinə həsr olunmuş yeniyetmələr arasında “İnşa yazı” müsabiqəsinin keçirilmişdir.

Müsabiqənin mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək qalibləri təbrik etmiş və müsabiqənin keçirilməsində əsas məqsədinin II Qarabağ müharibəsində Qəhrəmanlıq göstərərək öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinin əziz tutulması və onların yeniyetmə və gənclər arasında tanıdlmasından ibarət olduğunu vurğulamışdır.

Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:

İnşa-yazı müsabiqəsində

Masallı rayon “Dəfinə” məktəb-liseyinin X sinif şagirdi İsrafilova Təranə Ağadədə qızı birici yerə, Şəhər 5 saylı tam orta məktəbin IX sinif şagirdi Məmmədli Nuray Elnur qızı ikinci yerə, Şəhər 3 saylı tam orta məktəbin IX sinif şagirdi Hüseynova Pərvin Faiq qızı üçüncü yerə layiq görülmüşlər. Şəhər 7 saylı tam orta məktəbin X sinif şagirdi Mənsimova Gülnarə Cabir qızı müsabiqənin fərqlənmə diploma ilə mükafatlandırılmışdır.

Müsabiqədə qalib gəlmiş bütün şagirdlər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]