ASAN könüllüləri Qarabağ inciləri layihəsini təqdim edir - VİDEO

ASAN könüllüləri “Qarabağ inciləri” layihəsini təqdim edir - VİDEO

“ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Gənclər Fondunun birgə əməkdaşlığı ilə “Qarabağ inciləri” layihəsi həyata keçirilir.
 

Layihənin əsas məqsədi  Qarabağın qədim tarixi abidələri, memarlığı haqqında maarifləndirmə, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına vasitəçi olmaqdır.
 

Layihənin əsas təbliğatı “ASAN Könüllüləri” Təşkilatının sosial şəbəkələrdəki rəsmi hesablarında həyata keçirilib. İlk növbədə layihə haqqında xüsusi posterlər vasitəsilə geniş məlumat paylaşılıb. Sonra mütəmadi olaraq müəyyən qrafikə əsasən videoçarxlar paylaşılıb.
 

Lahiyə çərçivəsində bu günə qədər Azərbaycan dili və 4 xarici dildə  hazırlanmış Qarabağın 10 əsrarəngiz rayonunun: “Qarabağın muğam ocağı - Ağdam”, “Qarabağın ibadətgahı - Füzuli”, “Qarabağın qızıl sərvəti - Kəlbəcər”, “Qaçaq Nəbinin yadigarı - Qubadlı”, “Könüllülərin körpüsü - Cəbrayıl”, “İlk insan yurdu - Xocavənd”, “Ruhumuzun qanadı - Laçın”, “Başı çinardan uca - Zəngilan”, “Tarixin qanlı səhifələrinin şahidi - Xocalı”, “Qarabağ xanlarının məskəni - Xankəndi”  ərazilərində yerləşən qədim, tarixi memarlıq abidələri haqqında videoçarxlar  paylaşılıb.
 

Bu gün isə Azərbaycanın dilbər güşələrindən olan, Xan Şuşinskinin səsini qoynunda saxlayan, şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan Şuşa şəhəri haqqında hazırlanmış videoçarx təqdim edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]