Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi Yığıncağının onlayn iclasında bir sıra mühüm məsələlər müzakirə edilib- -

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi Yığıncağının onlayn iclasında bir sıra mühüm məsələlər müzakirə edilib-

 Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi Yığıncağının onlayn iclasında bir sıra mühüm məsələlər müzakirə edilib

  instaqram AZpress.AZ

 

  facebook 

02 aprel 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex¬nika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının növbəti onlayn iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in rəhbəri, akademik Rasim Əli¬qu¬li-yev, böl¬mə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəs¬si¬sələrin rəh¬¬bər¬ləri, direktor müa¬vin¬lə¬ri, el¬mi katibləri, təh¬sil, bey¬nəlxalq və icti¬maiy¬yət¬lə əlaqələr şö¬bə¬lə¬ri¬nin rəhbərləri, eləcə də həm¬kar¬lar, gənc alim və mü¬tə¬xəs¬sis¬lər şu¬ra¬la¬rının sədrləri işti¬rak ediblər.
Gündəliyə əsasən, əvvəlcə AMEA-da elmi jurnalların vəziyyəti haqqında məruzə edən Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovdiqqətə çatıdırıb ki, 2020-ci ildə “Web of Science” bazasına 12000-dən çox, “Scopus” bazasına isə 30891 jurnal daxil edilib. Alim qeyd edib ki, hər il bu beynəlxalq bazalar yenilənir, bəzi jurnallar daxil olur, bəziləri isə çıxarılır.
AMEA-nın müxbir üzvü Misir Mərdanov vurğulayıb ki, Azərbaycan Respublikasında dərc edilən elmi jurnallardan 8-i, o cüm¬lə¬dən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Azerbaijan Journal of Mathematics” və “Proceedings of the İnstitute of Mathematics and Mecha¬nics” jurnalları “Web of Science” bazasına daxildir. Həmçinin “Scopus” bazasında da ölkəmizi səkkiz elmi jurnal təmsil edir.
Onun sözlərinə görə, “Web of Science” və “Scopus” bazalarında yer alan elmi jurnalların 2020-ci il üçün reytinq cədvəli hələlik açıqlanmasa da, 2019-cu ilin nəticələri göstərib ki, ölkəmiz “Sco¬pus” siyahısında 231 ölkə arasında 92-ci, WOS-un si¬ya¬hı¬sın¬da isə 153 ölkə arasında 90-cı yerdə olub.
Məruzə ətrafında aparılan müzakirələrdə akademiklər Əli Abbasov, Fikrət Əliyev, Arif Həşimov, Adil Qəribov, AMEA-nın müxbir üzvləri Vaqif İbrahimov, Ramiz Alıquliyev, Vəli Hüseynov, Oktay Qasımov çıxış edərək rəy və təkliflərini səsləndiriblər.
Akademik Rasim Əliquliyev vurğulayıb ki, son za¬man¬lar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə ölkəmizdə aparılan kompleks islahatlar Azərbaycan alimlərinin, o cümlədən AMEA-nın qarşısında bir sıra mühüm vəzifələr qoyur. Həmin vəzifələrin icrası elmi fəaliyyətin müasir dövrün çağırışlarına və milli maraqlara müvafiq həyata keçirilməsini, bu sahədə kompleks isla¬hat¬ların aparılmasını zəruri edir. Alim vurğulayıb ki, bu baxımdan Azərbaycan elminin dünya elminə inteqrasiyasının gücləndirilməsi, alimlərimizin nüfuzlu beynəlxalq elmi bazalara çıxışının təmin edilməsi, AMEA-da nəşr olunan elmi jurnalların keyfiyyətinin və səviyyəsinin yüksəldilməsi qarşıda duran mühüm hədəflərdəndir.
Elmi jurnalların keyfiyyətinin yüksəldilməsi və qarşıda duran problemlərin həlli ilə əlaqədar geniş müzakirədən sonra məsələ barədə AMEA-nın Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılmasına qərar verilib.
Daha sonra AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baza¬sında Astronomiya İnstitutunun yaradılması məsələsi müzakirəyə çıxarılıb. Bu barədə çıxış edən ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq CəlilovAMEA-da strukturun təkmil¬ləş¬di¬ril¬mə¬si və idarəetmənin op¬timallaşdırılması haqqında AMEA-nın Rəyasət Heyətinin 2021-ci il 8 yan¬var tarixli qərarını xa¬tır¬latdı. Alim qeyd etdi ki, ölkəmizdə astronomiya el¬mi¬nin dünya standartlarına müvafiq sə¬viy¬yə¬də inkişaf etdirilməsi, həmçinin astrofiziki müşahidələrin mo¬dern səviyyədə təşkili, bey¬nəl¬xalq əlaqələrin genişləndirilməsi, milli kadr hazırlığınınkeyfiyyətinin artırılması məqsədi ilə AMEA-nın Nəs¬rəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kadr və elmi-texniki bazası əsasında AMEA-nın Astronomiya İnstitutunun yaradılması məq¬sə¬də¬uy¬ğundur.
Qeyd olunanları, həmçinin dövlətimizin kosmik sənayenin inkişafı ilə bağlı strateji maraqlarını, eləcə də kosmik fəzanın araşdırılmasılması üzrə bu və bir sıra digər məsələlərin əhəmiyyətini nəzərə alaraq, FRTEB-in Ümumi yığıncağı AMEA-nın Nəs¬rəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kadr və elmi-texniki bazası əsasında AMEA-nın Astronomiya İnstitutunun yaradılması barədə AMEA-nın Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılmasına qərar verib.
FRTEB-in və onun elmi müəssisələrinin veb-saytlarının monitorinqi haqqında məlumat ve¬rən vitse-prezidentin xidmətinin elmi katibi, dosent Hikmət Quli¬yevqeyd edib ki, AMEA-da elektron elmin inkişafı və elmin informasiya təminatının yüksəldilməsi, eləcə də elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin səmərəliliyininartırılması məq¬sə-dilə FRTEB-in və elmi müəssisələrinin veb saytlarınınmonitorinqi aparılmışdır.
Onun sözlərinə görə, monitorinq çərçivəsində veb-saytlar dizayn, proqram təminatı, xə¬bər¬lə¬rin dinamikası, in¬for¬¬masiyanın dolğunluğu və aktuallığı daxil olmaqla bir sıra meyarlara əsa¬sən təh¬lil edilib və qiymətləndirilib.H.Quliyev vurğulayıb ki, monitorinq nəticəsində ortaya çıxan qüsurlar və problemlər, bütövlükdə saytların yenidən işlənilməsini və bununla əlaqədar zəruri addımların atılmasını tələb edir.
Onlayn iclasda “Elmi Kadrlar” Milli İnformasiya Sisteminin formalaşdırılması və istismar vəziyyəti haq¬qın¬da AMEA Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar idarəsinin baş mütəxəs¬si¬si, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva məlumat verib. Məruzəçi qeyd edib ki, FRTEB-in elmi müəssisələrində çalışan 972 nəfər elmi əməkdaşın 810 nəfəri artıq “Elmi Kadrlar” Milli İnformasiya Sistemində qeydiyyat keçib.
D.Mirzəyeva AMEA-da elmi fəaliyyətlə məşğul olan kadrlar haqqında müvafiq məlu-mat¬la¬rın mütəmadi olaraq yenilənməsinin, eləcə də gələcəkdə bu sistemin ölkə səviyyəsində digər sis¬tem¬lərə inteqrasiya olunması və vahid sistemin yaradılmasının zəruriliyini nəzərə alaraq, elmi müəssisələr üzrə məsul şəxslərə elmi-metodiki dəstək verilməsi ilə əlaqədar seminar-məş¬ğə¬lə¬lə¬rin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Daha sonra FRTEB-in Ümumi yığıncağında AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin 60 illik yubileyi ilə əlaqədar məsələ müzakirə edilib. Bu barədə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinovyubilyarın informatika sahəsində nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda tanınan alim olduğunu vurğulamaqla, ona fəaliyyətində uğurlar azru edib. Akademik Cavad Abdinov qeyd edib ki, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 2020-ci ildə məqalə və istinadlarının sayına görə Stenford Universiteti tərəfindən hazırlanmış dünyanın ən nüfuzlu 2% aliminin reytinq siyahısına daxil edilib.Yubilyarın elmi fəaliyyəti və nəcib insani keyfiyyətləri haqqında FRTEB-in alimləri müsbət rəy və fikilərini bildirdikdən sonra, FRTEB-in Ümumi Yığıncağı alimin yubileyinin keçirilməsi barədə AMEA-nın Rəyasət Heyətinin qarşısında vəsatət qaldırmağı qərara alıb.
İclasda həmçinin “AMEA-nın Xəbərləri” jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının “İnformatika və idarəetmə problemləri” buraxılışının redaksiya heyətində dəyişiklik edilərək AMEA-nın müxbir üzvü Ağası Məlikovun adıçəkilən jurnalın baş redaktoru vəzifəsinə tövsiyə edilməsi haqqında müvafiq qərar qəbul olunub.
Onlayn iclasda bir sıra kadr məsələləri barədə də qərarlar qəbul edilib. Akademik Rasim Əliquliyevin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvləri – Misir Mərdanovun Riyaziyyat və Mexanika İnstitutunun, Namiq Cəlilovun AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru vəzifəsinə na¬mi¬zəd¬lik¬¬ləri irəli sürülüb.
Elmi şuranın üzvləri – akademiklər Cavad Abdinov, Əli Abbasov,Arif Həşimov,AMEA-nın müxbir üzvləri Vaqif Quliyev, Vəli Hüseynov çıxış edərək FRTEB-in üç elmi müəs¬si¬sə¬sinin baş direktoru vəzifəsinə namizədlər haqqında rəy və fikirlərini diqqətə çatdırıblar.
Daha sonra on¬layn iclasda keçirilən açıq səsverməyə əsasən, yekdilliklə akademik Rasim Əliquliyevin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvləri – Misir Mərdanovun AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun və Namiq Cəlilovun AMEA-nın Şama¬xı Astrofizika Rəsədxanasının baş direktoru vəzifəsinə təsdiq edilməsi barədə AMEA Rəyasət He¬yə¬ti qarşısında vəsatət qaldırılması üçün müvafiq qərarlar qəbul edilib.
FRTEB-in Ümumi Yığıncağı, həmçinin AMEA-nın müxbir üzvü Vəli Hüseynovun AMEA-nın Fizika İnstitutunun “Kosmik şüa mənbələri fizikası” laboratoriyasının rəhbəri vəzifəsinə təyin edilməsi barədə qərar qəbul edib.
Sonda bir sıra həlli vacib olan cari məsələlər müzakirə olunub, suallar cavablandırılıb.


***


AMEA-DA ELMİ JURNALLARIN VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNUB


Xəbər verdiyimiz kimi, 02 aprel 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex¬nika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının növbəti onlayn iclası keçirilib.
Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir MərdanovAMEA-da elmi jurnalların vəziyyəti haqqında məruzə edib.
Məruzəçi qeyd edib ki, dünyada baş verən qlobal hadisələr, təbii fəlakətlər, ərzaq qıtlığı və bu kimi digər ciddi ümumbəşəri problemlər yalnız elmin inkişafı ilə öz həllini tapa bilər. Hər bir ölkənin elmi inkişafı, onun elm sahəsində və elmi kadrlar istiqamətində apardığı dövlət siyasəti, mütəxəssislərin hazırlıq səviyyəsi, aparılan tədqiqatlar nəticəsində əldə etdiyi uğurların elmi çəkisi onun beynəlxalq elmi ictimaiyyət arasında qazandığı nüfuzuna birbaşa təsir göstərir.
Alim qeyd edib ki, qloballaşan dünyada informasiyanın özünəməxsus çəkisi, prioritetliyi günbəgün artdıqca, elmi jurnallarda işıq üzü görən məqalələr, patent və ixtiralara olan tələblər də artır. Müxtəlif elm sahələri üzrə ixtisaslaşmış elmi jurnallarda, məcmuələrdə işıq üzü görən məqalələr müəlliflərlə yanaşı, onların çalışdıqları elm və təhsil qurumlarının, eləcə də təmsil etdikləri ölkələrin elmi nüfuzunu müəyyənləşdirərək ölkəsinin inkişaf səviyyəsinə təsir göstərən amillərdən biri kimi dəyərləndirilir.
Bu gün dünyanın hər bir ölkəsində nüfuzlu, yüksək impakt faktorlu jurnalların hazırlanıb dərc edilməsi öz aktuallığını qoruyub saxlayır. 2020-ci ildə “Web of Science” bazasına 12000-dən çox, “Scopus” bazasında 30891 jurnal daxil edilib. Qeyd etmək lazımdır ki, hər il bu beynəlxalq bazalar yenilənir, yeni jurnallar daxil olur, bəziləri isə çıxarılır.
Misir Mərdanov xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasında dərc edilən elmi jur-nal¬lardan 8-i Web of Science bazasına daxildir. Onlardan ikisi AMEA-nın Riyaziyyat və Me¬xa¬ni-ka İnstitutunun “Azerbaijan Journal of Mathematics” və “Proceedings of the İnstitute of Mat¬he-ma¬tics and Mechanics” jurnallarıdır. Həmçinin Scopus bazasında da ölkəmizi səkkiz elmi jurnal təmsil edir.
Misir Mərdanov diqqətə çatdırıb ki, “Web of Science” və “Scopus” bazalarında yer alan elmi jurnalların 2020-ci il üçün reytinq cədvəli hələlik açıqlanmayıb. Lakin 2019-cu ilin nəticələri göstərib ki, ölkəmiz Scopus siyahısında 231 ölkə arasında 92-ci, WOS-un siyahısında isə 153 ölkə arasında 90-cı yerdə olub.
Misir Mərdanov bildirib ki, aparılan araşdırmaların ilkin nəticələri ciddi uğurlar əldə etdiyimizi göstərir. Belə ki, cəmi bir neçə il ərzində AMEA-nın elmi müəssisələrində dərc olunan 6 jurnal beynəlxalq bazalara daxil edilib.
Daha sonra Misir Mərdanov AMEA-da dərc edilən elmi jurnalların qarşısında duran problemlərdən danışıb, bu istiqamətdə keyfiyyətin artırılması, elmi jurnalların hər birinin veb-saytının yaradılması, redaksiya heyətinin təkmilləşdirilməsi istiqa¬mətin¬də öz tək¬lif¬lə¬ri¬ni səsləndirib.
AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin rəhbəri, aka¬de¬mik Rasim Əliquliyev vurğulayıb ki, son za¬man¬lar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə ölkəmizdə aparılan kompleks islahatlar Azərbaycan alimlərinin, o cümlədən AMEA-nın qarşısında bir sıra mühüm vəzifələr qoyur. Həmin vəzifələrin icrası elmi fəaliyyətin müasir dövrün çağırışlarına və milli maraqlara müvafiq həyata keçirilməsini, bu sahədə kompleks isla¬hat¬ların aparılmasını zəruri edir. Alim qeyd edib ki, bu baxımdan Azərbaycan elminin dünya elminə inteqrasiyasının gücləndirilməsi, alimlərimizin nüfuzlu beynəlxalq elmi bazalara çıxışının təmin edilməsi, AMEA-da nəşr olunan elmi jurnalların keyfiyyətinin və səviyyəsinin yüksəldilməsi qarşıda duran mühüm hədəflərdəndir.
Məruzə ətrafında aparılan müzakirələrdə akademiklər Əli Abbasov, Fikrət Əliyev, Arif Hə¬şimov, Adil Qəribov, AMEA-nın müxbir üzvləriVaqif İbrahimov, Ramiz Alıquliyev, Vəli Hü¬seynov, Oktay Qasımov çıxış ediblər. Elmi jurnallarda dərc edilən məqalələrin müasir dünya el¬minin çağırışlarına uyğunlaş¬dı¬rıl¬ma¬sı,onların qarşısında duran çoxsaylı çətinliklərin aradan qal-dı¬rılması istiqamətində mühüm əhəmiyyət kəsb edən təkliflərirəli sürüblər.
Müzakirələrdən sonra FRTEB-in Ümumi Yığıncağı Bölmənin elmi müəssisələrində işıq üzü görən elmi jurnalların cari vəziyyəti, qarşılaşdığı problemlərin həlli, ümumiyyətlə, Azərbaycan elminin nailiyyətlərinin dünyaya tanıdılması, elmimizin qarşısında duran vəzifələrin icrasına dəstək naminə AMEA-nın elmi müəssisələrində işıq üzü görən elmi jurnalların “Web of Science”və “Scopus” bazasına çıxışının təmin edilməsi istiqamətində rəy və təkliflərin hazırlanıb AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsi məqsədilə müvafiq İşçi qrupun yaradılmasını qərara alıb.


 

 

 

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]