31 Mart Azərbaycanlıların Soyqırımı gününün 103-cü il dönümünə həsr olunmuş Tariximizin Qan yaddaşı adlı online konfrans keçirildi - FOTO

31 Mart Azərbaycanlıların Soyqırımı gününün 103-cü il dönümünə həsr olunmuş “Tariximizin Qan yaddaşı” adlı online konfrans keçirildi - FOTO

31 mart 2021-ci il tarixində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB), Gənclərin Töhfəsi İctimai Birliyi, Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı gününün 103-cü il dönümünə həsr olunmuş “Tariximizin Qan yaddaşı” adlı online konfrans keçirildi.
 

Konfrans TUMİB-in sədri Çingiz Bayramov açılış nitqi ilə başladı. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 

Daha sonra tədirin digər təşkilatçısı Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, Gənclərin Töhfəsi İctimai Birliyinin icraçı direktoru, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Türkiyə məzunu, Məhsəti Huseynova çıxış etdi. Bu günün önəmini vurğulayan Məhsəti Hüseynova gəncləri Soyqırımın dünyaya çatdırılmasında fəal iştirak etməyə səslədi.
 

Növbəti çıxış edən Azərbaycan Millət vəkili, Milli Məclisin üzvü Ceyhun Məmmədov bildirdi ki, erməni vəhşiliklərinin dünyaya çatdırılması üçün yeni əsərlərin yazılmasına, yeni filmlərin çəkilməsinə böyük ehtiyac var.
 

Daha sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı şəhər Gənclər və idman baş idarəsinin rəis müavini Aydın Yusifov, həmin idarənin Yasamal rayon üzrə idarə rəisi İham Səfərov, Nərimanov rayon üzrə idarə rəisi Nəcəf Novruzov çıxış etdi. Ağ Partiyanın sədri Tural Abbaslı, TUMİB-in idarə heyətinin üzvü, həkim Aydın Talıshinskiy, Türk Dünyası Araşdırmalar Vəqifinın Azərbaycan təmsilçisi, Türkiyə məzunu, Nəriman Xanahmədov, Respulikanın əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitinin elmi işçisi, Milli məsləhətçisi Zülfiyyə Vəliyeva, Aran qəzetinin baş redaktoru, Aran media internet xəbər portalının direktoru Şeyda Əzizova, Gənclərin Töhfəsi İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Green Start Academy”-nin rəhəri Aysel Rəsulzadə və başqaları mövzuya aid maraqlı çıxışlar etdilər.
 

Çıxışlar boyunca Azərbaycanlıların Soyqırımı gününün tanıdılmasında və soyqırım günü olaraq qeyd olunmasında çıxışçılar dəfələrlə ümummilli liderimiz Heydər Əliyevin və cənab prezidentimiz İlham Əliyevin gördüyü işlərdən bəhs etdilər.
 

Konfrans ərzində bir neçə dəfə mövzuya aid video-çarxlar təqdim olundu. 2 saatdan çox davam edən tədbirdə hər kəs çox həvəslə iştirak etdi və hər biri elə həssas mövzulu tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, təşkilatçılara öz təşəkkürünü bildirdi.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]