Mövsümün ilk qalibi Hemltondur - - İNTİQAM təqdim edir (AZpress.AZ)

Mövsümün ilk qalibi Hemltondur - İNTİQAM təqdim edir (AZpress.AZ)

 FORMULA-1
---------------------------------------

Mövsümün ilk qalibi Hemltondur

  instaqram AZpress.AZ

 

  facebook 


Ötən həftəsonu Bəhreyndəki Beynəlxalq Avtodromda formula-1 üzrə dünya çempionatına start verilib. 2021-ci il mövsümünün ilk Qran-Prisinda start xəttinə 10 komandanı təmsil edən 20 pilot çıxıb ki, onlardan da yalnız 16-sı finiş xəttini keçə bilib. Qalan 4 pilot isə müxtəlif səbsblərdən mübarizəni vaxtından əvvəl dayandırıb. Mövsümün ilk mərhələ yarışı "Mersedes"in britaniyalı pilotu, 7 qat dünya çempionu adını daşıyan Lyuis Hemltonun qələbəsi ilə başa çatıb. Yürüşdə ikinci yeri Maks Ferstappen ("Red Bull") tutub. İlk üçlüyü isə Hemltonun komanda yoldaşı Valtteri Bottas tamamlayıb. Yürüşdə diqqətçəkən məqamlardan biri almaniyalı 4 qat dünya çempionu Sebastyan Fettelin yeni komandadakı çıxışı olub. "Ferrari ilə yollarını ayıraraq, yeni mövsümə "Aston Martin" klubunda başlayan Fettel qalibdən düz bir dövrə geri qalmaqla finişə 15-ci sırada çatıb. Günün və yürüşün maraqlı məqamlarından biri də 7 qat dünya çempionu olan əfsanəvi Mixael Şumaxerin oğlu Mik Şumaxerin ("Xaas") formula-1-də debüt etməsi və finişə sonuncu (16-cı) çatması olub. Mövsümün ilk Qran-Prisindən sonra pilotların yarış cədvəlinə 25 xalla Lyuis Hemlton başçılıq edir. 2-ci yeri 18 xalla Maks Ferstappen, 3-cü yerisə 16 xalla Valtteri Bottas tutur. Ümumiyyətlə, iştirakçı 20 pilotdan cəmi 10 nəfəri startda xal qazana bilib. Qeyd edək ki, mərhələ yarışında ilk 3 yeri tutan pilotlar müvafiq olaraq, 25, 18 və 16 reytinq xalı qazanır. 4-cü yerin sahibi 12, 5-ci 10, 6-cı 8, 7-ci 6, 8-ci 4, 9-cu 2, 10-cu isə 1 xalla kifayətlənir.
Maraqlıdır ki, hər il olduğu kimi, yeni məvsümdə də komandaların reytinq cədvəlinə "Mersedis" (41 xal) liderlik edir. "Red Bull" (28 xal) ikinci, "Maklaren" (18 xal) üçüncü, "Ferari" (12 xal) dördüncü, "Alfa Tauri" (2 xal) beşincidir. Aktivində cəmi 1 xalı olan "Aston Martin" 6-cı pillədə yer alıb. Xalı olmayan "Alpin", "Alfa Romeo", "Xas" və "Uilyams" isə növbəti yerləri tutur. Mövsümün ikinci Qran-Prisi aprelin 18-də İtaliyada keçiriləcək.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]