ƏSA Teatrından Beynəlxalq Teatr Günü ilə bağlı – VİDEOÇARXLAR

ƏSA Teatrından Beynəlxalq Teatr Günü ilə bağlı – VİDEOÇARXLAR

 ƏSA Teatrından Beynəlxalq Teatr Günü ilə bağlı – VİDEOÇARXLAR

 

Azərbaycan Respublikasının ilk inklüziv teatrı olan ƏSA Teatrı 27 mart Beynəlxalq Teatr Günü ilə bağlı "Pandemiya aktyoru" adlı video çarxlar hazırlayıb.

Teatrın aktyorları Rafael Şahbəyli və İmran Lalayevin iştirakı ilə çəkilən video çarxlar teatrların pandemiya səbəbindən bir ildən çoxdur fəaliyyətlərini dayandırması və aktyorların səhnədən, yaradıcı prosesdən uzaq qalması probleminə toxunur.

Qeyd edək ki, video çarxların müəllifi, ƏSA Teatrının baş meneceri Nicat Qulam bildirir ki, teatrların bir ildən uzun müddət fəaliyyət göstərməməsi ən çox aktyor heyətinə mənfi təsir edib. Çünki uzun müddət aktyorların səhnədən kənarda qalması, tamaşaçı qarşısına çıxmaması, yaradıcı və kollektiv prosesdə iştirak etməməsi onları motivasiyadan salmaqla yanaşı, həm də passivləşdirir. Bu səbəbdən teatrımız bu günü digital formada və məhz bu mövzuda qeyd etmək qərarına gəlib.

 

  instaqram AZpress.AZ

  facebook 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]