Nizami Romans Respublika müsabiqə- Festivalı - - MÜSABİQƏ

“Nizami Romans Respublika müsabiqə- Festivalı” - MÜSABİQƏ

 Azərbaycan Respublikası Təhsil Nazirliyi
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
“Nizami ili” çərçivəsində GƏNC BƏSTƏKARLAR arasında (18-35)


“Nizami Romans Respublika müsabiqə- Festivalı”


Elan edir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə Nizami irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq 2021-ci ili Azərbaycan Respublikasında “Nizami ili” elan etmişdir. Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Nəsimi ili” çərçivəsində Üzeyir Hacıbəyli adına BMA tərəfindən müvəffəqiyyətlə keçirilən “Nəsimi romans” müsabiqə-festivalı, dahi Nəsimi irsinin və gənc bəstəkarların romanslarının həm vətənimizdə, həm də ölkəmizin hüdudlarından kənarda uğurlu təbliğatına səbəb olmuşdur. Bu uğuru nəzərə alaraq, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası 2021-ci il “Nizami Gəncəvi” ili çərçivəsində perspektivli, yaradıcı, istedadlı bəstəkarların müəyyən edilməsində, Nizami Gəncəvinin sözlərinə yeni əsərlərin yazılması ilə Nizami irsinin müasir gənc bəstəkarların yaradıcılığına təzahüründə, gələcək fəaliyyətlərinin peşə inkişafında və dəstəklənməsində, yeni musiqi dili və onun inkişaf yollarının axtarılması məqsədi ilə gənc bəstəkarlar arasında “Nizami Romans” müsabiqə-festivalınıelan edir. Müsabiqə 1 seçim turu(16 iyun 2021-ci il) və final-konsert-mükafatlandırma mərhələsindən (18 iyun 2021-ci il) ibarətdir.
“Nizami Romans” Respublika müsabiqə-festivalınınbədii rəhbəri SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Üzeyir Hacıbəyli adına BMA nın rektoru, professor Fərhad Bədəlbəylidir. Müsabiqədə gənc bəstəkarların yazdıqları yeni əsərlərin seçilməsi üçün Azərbaycanın tanınmış, görkəmli bəstəkarları və filoloqlarından ibarət münsiflər heyəti təşkil olunacaqdır. Qeyd edək ki, müsabiqənin əsas məqsədlərindən biri də müasir gənc bəstəkarların düşüncə tərzində və yaradıcılığında Nizami poeziyasının təbliği, dərindən öyrənilməsi, yaradıcılıq ruhunun sirayət olunması və inkişafıdır. Bunları nəzərə alaraq müsabiqə üçün yazılmış yeni əsərlərdən ibarət gənc bəstəkarların “Nizami Romans” toplusu kitabı da nəşr ediləcəkdir.
Müsabiqəyə 18-35 yaş arası akademik bəstəkarlıq təhsili alan və ya bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlar qatıla bilərlər.Bəstəkarlıq təhsili vacib və əsas şərtdir. Təqdim olunan əsərlər heç bir layihədə səslənməməli, müsabiqə üçün xüsusi yazılmalıdır və 14 may 2021-ci il tarixinə qədər [email protected] elektron ünvanına PDF formatında göndərilməlidir. Təqdim olunan elektron ünvana həmçinin bəstəkarın tərcümeyi-halı da göndərilməlidir. ( məlumatda müsabiqəyə təqdim olunan əsər haqqında ümumi məlumat və ifaçılar da qeyd olunmalıdır.)

 

Müsabiqənin mərhələləri haqda geniş məlumat:


I mərhələ- 16 iyun 2021ci il


Müsabiqənin ilk mərhələsində gənc bəstəkarların 4-8 dəqiqəlik Nizaminin sözlərinə yazılmış 1 romansı ifa olunur və münsiflər heyətinin tam tərkibinə təqdim edilir. Gizli səsvermə yolu ilə nəticələrə görə finalistlər (qaliblər) təyin olunur.

 

Final- konsert mərhələsi 18 iyun2021 ciil


Müsabiqəninmünsifləritərəfindəntəyinolunan 6 qalibbəstəkarınadlarıaçıqlanır, laureatlarınəsərləriifaolunurvəmüsabiqəninşərtlərinəgörəseçilmiş 3 laureatvə 3 diplomantadiplomlarvəmükafatlartəqdimedilir. Digəriştirakçılaravəifaçılaraisəhəvəsləsdiricidiplomlarverilir. Bütünmüsabiqəiştirakçılarınanəşrolunmuşmüsabiqəüçünyazılmışyeniəsərlərdənibarətgəncbəstəkarların“Nizami Romans” toplusukitabıhədiyyəolunur.

Müsabiqənin əsas şərtləri aşağıdakı kimidir:


• Müsabiqədə 18-35yaş arasında bəstəkarlıq təhsili olan bəstəkarlar iştirak edə bilər.
• Hər bir bəstəkar dahi şair Nizaminin sözlərinə 1 romans (vokal əsərləri instrumental müşaiətlə) yazıb təqdim etməlidir.
• Romans 8dəqiqəlimitinikeçməməlidir.
• İfaçısayıvokalifaçısıdaxilolmaqla 6 nəfərikeçməməlidir.
• Qaliblərmünsiflərheyətitərəfindənmüəyyənedilir
• Final turuna 6 qalibiştirakçınınadıaçıqlanırmükafatlandırılır.
• Qaliblərpulmükafatıvədiplomlatəltifolunur
• Müsabiqə 1 turdanvə final-mükafatlandırılmamərhələsindənibarətdir
• Bütüniştirakçılaraxüsusisertifikatvənəşrolunmuş“Nizami Romans” toplusukitabıtəqdimolunur
• Münsiflərheyətininqərarıhəlledicidir.
[email protected] elektronünvanına 14 may tarixinə qədər əsərləri (PDF və Sibelius), seçilən şer və bəstəkarın tərcümeyi-halı göndərilməlidir. ( məlumat dabəstəkarın əlaqə nömrələri, email ünvanıqeydolunmalı, müsabiqəyətəqdimolunanəsərhaqqındavəifaçılarhaqqındaümumiməlumatqeydolunmalıdır.)

Müsabiqə qaliblərinin mükafatlandırılması aşağıdakı kimidir:

I ci yer — 800 manatvə 1-ci dərəcəlidiplom
II ci yer — 500 manatvə 2-ci dərəcəlidiplom
III cu yer — 300 manatvə 3-cü dərəcəlidiplom
Müsabiqəlaureatlarininpedaqoqlarınadiplomtəqdimolunacaq
IV, V, VI yeriştirakçıları –diplomat və 200 manatdəyərindəmükafatvənəşrolunmuş“Nizami Romans” toplusukitabıtəqdimolunur.

(Bütüniştirakçılaraxüsusisertifikatvənəşrolunmuş“Nizami Romans” toplusukitabıtəqdimolunur)

Dahaətraflıməlumatüçün link-keçid: www.musicacademy.edu

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]