"Sözün nizamı" festivalı başa çatıb.

"Sözün nizamı" festivalı başa çatıb.

 "Sözün nizamı" festivalı başa çatıb.

Bakı Uşaq və Gənclər Teatrının “Nizami ili”nə həsr etdiyi “SÖZÜN NİZAMI” festivalı başa çatıb.
Qeyd edək ki, 2021-ci il fevral-mart aylarında keçirilmiş bu festival Bakı Uşaq və Gənclər Teatrının sayca V festivalıdır. Teatrın “Bir teatr, bir festival” layihəsi çərçivəsində pandemiya qaydalarına riayət etməklə keçirdiyi festivalda teatrın bütün aktyorları iştirak edib. Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında 23 videoçarx tamaşaçılara təqdim olunub. Onlayn şəkildə keçən festivalda tamaşaçıların səsverməsinə əsasən I, II və III yerlərin qalibi müəyyən olunub.
Uğurla həyata keçirilən festival Milli Teatr Günündə yekunlaşıb. Qaliblər Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən diplomlarla təltif olunublar
I yer - "Sənsiz"əm "Gəl" kompozisiyası ilə - Gülər Ləzgiyeva və Ədalət Ağaverdiyev
ll yer - "Bu gecə yatmaq nədir" qəzəli ilə Rauf Hüseynli
lll yer - "Qoy sənə söyləsin" qəzəli ilə Türkan Şahmarlı.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]