Vaksinasiya ilə bağlı elektron xidmətdən istifadə qaydası +VİDEO

Vaksinasiya ilə bağlı elektron xidmətdən istifadə qaydası +VİDEO

 Vaksinasiya ilə bağlı elektron xidmətdən istifadə qaydası

Fevralın 8-dən etibarən Azərbaycanda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, yaşı 65 və yuxarı olan şəxslərin vaksinasiyasına başlanılıb.

 

Modern.az xəbər verir ki, həmin şəxslərin növbəli qaydada peyvənd olunması üçün “COVID-19 vaksin randevu” adlı elektron xidmət istifadəyə verilib.

 

Vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olub “COVID-19 vaksin randevu” xidmətini seçməlidirlər. Daha sonra açılan pəncərədə onlayn növbə tutmaq üçün vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir. Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.

 

Onlayn qaydada növbənin götürülməsi ilə bağlı izahlı videotəlimatla buradan tanış ola bilərsiniz.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]