Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilmişdir +FOTO=8 (Rüstəm İsmayılov AZpress.AZ)

Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilmişdir +FOTO=8 (Rüstəm İsmayılov AZpress.AZ)

 Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində keçirilmiş
Milli Teatr Gününə həsr olunmuş tədbir 

 

10 – Mart Azərbaycan peşəkar teatrının yaranma tarixidir. İlk dəfə 1873 – cü il mart ayının 10 (22) – da Nəcəf bəy Vəzirovun və Həsən bəy Zərdabinin təşkilatçılığı ilə Bakıdakı realnı məktəbin şagirdləri tərəfindən Azərbaycanın görkəmli dramaturqu M.F.Axundzadənin "Lənkəran xanının vəziri" komediyasıoynanıldı. Bununlada Azərbaycanda milli səhnə sənətinin təməli qoyuldu. Həmin tarix hər il teatr ictimaiyyəti tərəfindən bayram kimi qeyd olunur.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində09.03.2021 – ci il saat 14:00 – da Milli Teatr Gününə həsr olunmuş tədbir keçirildi. TədbirdəXalq artisti Fuad Poladovun “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” tamaşasında “Qacar” obrazındaxalq rəssamı Arif Hüseynov tərəfindənqrafika janrında çəkilmiş portreti muzeyə təqdim olundu. Tədbir çərçivəsində hər iki sənətkarınyaradıcılığı barədə, eləcə də“Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” tamaşası ətrafında geniş söhbət açıldı. Görüşdə Fuad Poladovun muzeyin fondunda saxlanılan fotolarından ibarət videoçarx nümayiş olundu, oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər izlənildi.
Tədbirdə Xalq rəssamı Arif Hüseynov, əməkdar incəsənət xadimləri – sənətşünas Ziyadxan Əliyev, dramaturq Əli Əmirli, teatrşünas Aydın Talıbzadə, aktyorun ailə üzvləri vəmedia nümayəndələri iştirak etdilər.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirdilər.
Tədbir Covid-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olundu və həmçinin sanitar-gigiyenik qaydalara əməl edildi.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]