BDU-da Karbon nanoboruları və polimerlər əsasında keçirici kompozitlərin hazırlanması mövzusunda elmi seminar -

BDU-da “Karbon nanoboruları və polimerlər əsasında keçirici kompozitlərin hazırlanması” mövzusunda elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzində növbəti onlayn elmi seminar keçirilib. Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun böyük elmi işçisi Gülnaz Qəhrəmanova “Karbon nanoboruları (KNB) və polimerlər əsasında  keçirici kompozitlərin hazırlanması” adlı məruzə ilə çıxış edib. Məruzədə KNB/polimer kompozitlərinin elektrik, möhkəmlik, optik xassələri haqqında danışılıb, onların  tətbiq sahələrindən birinin keçirici kompozitlərin hazırlanması olduğu qeyd edilib. Eyni zamanda,  KNB/polimer kompozit təbəqələrin nanoelektronika, sensor texnologiyası, aerokosmos və digər sahələrdə tətbiq imkanlarından bəhs edilib.
 

Seminar mövzu ətrafında müzakirə ilə davam edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]