Prezidentin mətbuat konfransı qalib ölkənin zəfər yürüşü idi

Prezidentin mətbuat konfransı qalib ölkənin zəfər yürüşü idi

 Prezidentin mətbuat konfransı qalib ölkənin zəfər yürüşü idi

 

Azərbaycan Prezidentinin yerli medianın və dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrinin iştirakı ilə 4 saata yaxın davam edən mətbuat konfransı, təkcə ölkəmizin deyil, bütövlükdə regionun və daha geniş arealın siyasi tarixində ən önəmli hadisələrdən biridir.

 

Bunu açıqlamasında millət vəkili, Avronest Parlemant Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Millət vəkili Prezidentin mətbuat konfransının istər iştirak edən media qurumlarının və sualların sayı, istər ən müxtəlif məsələləri əhatə etməsi, istərsə də məzmun baxımından öz seqmentində yeni bir nümunə yaratdığı qənaətindədir:

 

“Düşünürəm ki, bu nümunə hələ uzun illər boyu əlçatmaz olacaq və siyasi lderliyin yeni keyfiyyətlərini, ölçü vahidlərini müəyyənləşdirəcək”.

 


Azər Kərimli Prezident İlham Əliyevin ona ünvanlanan sualları əhatəli, ən incə nüanslarınadək cavablandırmaqla yanaşı, bu sualların içərisində ölkənin milli maraqlarının yer aldığı mesajları da böyük ustalıqla ifadə etdiyini bildirib:

 

“Bu isə öz növbəsində cənab Prezidentin regionda və dünyada baş verən prosesləri Azərbaycanın baxış bucağından necə dəqiq və obyektiv şəkildə dəyərləndirə bildiyini, ölkəmizi beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu və fəal iştirakçılarından biri kimi təqdim etmək bacarığını nümayiş etdirir”.

 

 

Millət vəkili Prezidentin cavablarında yer alan hər bir fikrin, istər regional, istərsə də qlobal siyasi münasibətlər sistemində mövcud olan çoxsaylı problemlərin mahiyyətini gün işığına çıxardığını vurğulayıb.

 

Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlərin, verilən mesajların hələ uzun müddət regiondakı siyasi proseslərin inkişafına təsir göstərəcəyini qeyd edən millət vəkilinin sözlərinə görə, mətbuat konfransı Azərbaycanın qlobal informasiya məkanında üstün mövqeyə sahiblənməsinə də imkan yaradacaq:

 

“44 günlük Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyev həm Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğalçının sülhə məcbur edilməsi istiqamətində həyata keçirilən döyüş əməliyyatlarına, həm də qlobal informasiya məkanında ölkəmizin informasiya savaşına rəhbərlik etdi və hər iki mücadilədə qalib gəlməyi bacardı. Cənab Prezidentin son mətbuat konfransı isə qlobal informasiya məkanında qalib ölkənin zəfər yürüşü idi”

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]