Boksçuların Avropa Olimpiya Təsnifat Turniri Parisdə keçiriləcək
Bu xəbəri paylaş
Boksçuların Avropa Olimpiya Təsnifat Turniri Parisdə keçiriləcək
Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin yeri və vaxtı dəqiqləşib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqələrin sahibləri Fransanın paytaxtı Parisdə bəlli olacaq.
Yarışa iyunun 4-də start veriləcək və 8-də həlledici final döyüşləri ilə yekunlaşacaq. Amerika Olimpiya Təsnifat Turniri isə 10-16 may günlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlamışdı. Lakin yarış üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılmışdı. Xatırladaq ki, Azərbaycan millisinin heyətində hələlik yalnız bir nəfər - Tayfur Əliyev (57 kq) Olimpiadada iştirak hüququ qazanıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(Sadıxov Rasim Mirzəbala oğlu)