Lahor şəhərindəki festival çərçivəsində Xocalı soyqırımından bəhs edilib - FOTO

Lahor şəhərindəki festival çərçivəsində Xocalı soyqırımından bəhs edilib - FOTO

Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti, Azərbaycan diasporunun fəal üzvü Şəhla İsayevanın təşəbbüsü ilə Pakistanın Lahor şəhərində keçirilən “Property Festival” çərçivəsində Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.


Festival iştirakçılarına və Azərbaycana məxsus guşə ilə yaxından tanış olmaq istəyən pakistanlılara xalqımızın qan yaddaşı olan Xocalı soyqırımı, ermənilərin zaman-zaman xalqımıza qarşı törədikləri vəhşiliklər haqqında geniş məlumat verilib. Qonaqlara Xocalı soyqırımına dair məlumatları əks etdirən çap materialları, üzərində "Xocalıya ədalət" (“Justice for Khojaly”) yazısı olan köynəklər təqdim edilib.


Qeyd edək ki, 3 gün davam edən festivalda Azərbaycan guşəsində ölkəmizə və Türkiyəyə məxsus məhsullar, hədiyyələr və suvenirlər nümayiş etdirilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]