Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib - FOTO

Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə Nyu-York şəhərinin Bruklin dairəsində yerləşən Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.


Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.
Anım mərasimi çərçivəsində Sultan Eyyub məscidində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar "Xocalıya ədalət" ("Justice for Khojaly") adlı sərgi  təşkil edilib. Sərgidə erməni cəlladlarının amansızlıqla qətlə yetirdiyi xocalıların fotoları nümayiş etdirilib.


Azərbaycan–Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli tədbir iştirakçıları qarşısında çıxış edərək, XX əsrin müxtəlif illərində dəfələrlə ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirdiyi, Xocalıda insanlığa sığmayan vəhşiliklə körpə, qadın və yaşlı demədən dinc sakinlərə qarşı kütləvi qırğın törətdikləri haqqında məlumat verib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020