Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və "Azəri" Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Qalib Mahmudovun təşəbbüsü ilə Vellinqton şəhərində Xocalının 29-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.


"Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı "Azəri" cəmiyyətinin üzvləri Xocalı soyqırımı barədə fotoşəkillərin və informasiyanın əks olunduğu 1500 broşüru yerli sakinlərə paylayıblar. Broşürlar sakinlərin poçt qutularına salınıb.


Vellinqton sakinlərinin bu dəhşətli faciə barədə daha çox məlumat almaları üçün broşürlarda "justiceforkhojaly.org" portalına da diqqət cəlb edilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]