Unibankda yeni təyinat olub -

Unibankda yeni təyinat olub

Unibank KB rəhbərliyinin qərarı ilə Əfqan Baxışov Baş Hüquq və Komplayens inzibatçısı vəzifəsinə təyin olunub. O, bundan əvvəl “AccessBank”ın  Baş Hüquq və Komplayens üzrə İcraçı Direktoru vəzifəsində çalışıb. Əfqan Baxışov  Bakı Dövlət Universitetində və İngiltərənin Mançester Universitetində hüquq sahəsi üzrə təhsil alıb.


Ə.Baxışov Maliyyə Bazarlarına Nəzarət Palatasında, Azərbaycan Respublikasının Təhsil Nazirliyində müxtəlif sahələrdə idarəedici vəzifələrdə işləyib.


Əfqan Baxışov eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]