Gömrük Akademiyasında onlayn təlimlərin qiymətləndirmə mərhələsi keçirilib -

Gömrük Akademiyasında onlayn təlimlərin qiymətləndirmə mərhələsi keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşlarının bir qrupu üçün onlayn təşkil olunmuş xidmətə ilkin hazırlıq təlimləri başa çatıb. Onlayn təlimlərdə iştirak edən gömrük xidməti əməkdaşlarının biliklərinin qiymətləndirilməsi karantin rejiminin şərtləri gözlənilməklə Akademiyada ənənəvi formada keçirilib. Ümumilikdə, 30 gömrük əməkdaşı qiymətləndirmədə iştirak edib.


Qeyd edək ki, imtahandan öncə təlim iştirakçıları Akademiyanın imtahan sisteminə daxil olmaq, sualların necə cavablandırılması və digər məsələlərlə bağlı məlumatlandırılıblar.
 

Qiymətləndirmədən öncə Akademiya rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlim iştirakçıları ilə görüşüb. Akademiya rəisi dinləyiciləri salamlayaraq, onlayn təlimlərin üstünlüklərindən söz açıb. Təlim dinləyiciləri ilə məmnunluqla bağlı sorğu keçirildiyini deyən Akademiya rəisi qeyd edib ki, əməkdaşların fikir və rəyləri Akademiya üçün çox dəyərlidir. "Dinləyicilərin rəyləri onlayn təlim-tədris prosesini inkişaf etdirməyə töhfə verir", - deyə Qulu Novruzov bildirib. Akademiya rəisi dinləyicilərə uğurlar arzulayıb.
 

Sonra təlim iştirakçılarının biliklərinin yekun qiymətləndirilməsi keçirilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]