Yasamal rayon Heydər Əliyev Mərkəzində Qan rəngli dərdimiz adlı sərgi keçirildi -

Yasamal rayon Heydər Əliyev Mərkəzində “Qan rəngli dərdimiz” adlı sərgi keçirildi

 Yasamal rayon Heydər Əliyev Mərkəzində “Qan rəngli dərdimiz” adlı sərgi keçirildi

 

Yasamal rayon Heydər Əliyev Mərkəzində “Qan rəngli dərdimiz” adlı sərgi keçirildi
Fevralın 26-da Xocalı soyqırımın 29-cu ildönümü ilə əlaqədar Yasamal rayon Heydər Əliyev Mərkəzində “Qan rəngli dərdimiz” adlı sərgi keçirildi. Sərgidə bir qrup Azərbaycanlı rəssamın Xocalı soyqırımına həsr edilmiş əsərləri nümayiş etdirildi. Sərgiylə tanış olan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, Azərbaycan xalqı heç zaman 1992-ci ildə Xocalıda baş verən insanlıq facəsini unutmayacaq. Elşad Həsənov Xocalı faciəsinə həsr edilmiş incəsənət əsərlərinin bu işdə mühüm amil olduğunu vurğuladı və rəssamlara zəhmətlərinə görə təşəkkürünü bildirdi.

Öz növbəsində təşkilatçı və müəlliflər bu tədbirə ev sahibliyi etdiyinə görə Yasamal rayon İcra Hakimiyyətinə və Yasamal rayon Heydər Əliyev Mərkəzinə minnətdarlığını ifadə etdilər. Rəsm müəlliflərindən biri, təşkilatçı Pərviz Heydəroğlu Xocalıda dinc əhalinin üzləşdiyi faciəni canlandırmaq istədiklərini qeyd etdi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun baş müəllimi Günel Seyidəhmədli sərgilənən rəsm əsərləri haqqında məlumat verdi və qeyd etdi ki, yaradılan əsərlər bu günkü və gələcək nəsillər üçün bir növ qan yaddaşı rolunu oynayacaq.

Pərviz Heydəroğlunun təşkilatçılığı ilə keçirilən sərgidə rəssamlar Elmail Qulami, Nərgiz İbrahimova, Aysel Mayılova, Sevil Məmmədli, Pərviz Heydəroğlu, Ruslan Abdullayev, Aysel Cəfərova, Turanə Qəhramanlı, Günel Nəcəfova, Təhminə Əli, Ləman Aslanova, Əminə Cəmaləddinova və Lalə Hüseynzadənin əsərləri nümayiş olundu.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]