Ağır koronavirus xəstələrində ECMO istifadəsinin xüsusiyyətləri mövzusunda onlayn seminar keçiriləcək -

“Ağır koronavirus xəstələrində ECMO istifadəsinin xüsusiyyətləri” mövzusunda onlayn seminar keçiriləcək

5 mart 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə “Ağır koronavirus xəstələrində ECMO istifadəsinin xüsusiyyətləri” mövzusunda onlayn seminar keçiriləcəkdir.


Seminarda Mərkəzi Gömrük Hospitalının ECMO istifadəsinə dair uğurlu təcrübəsi müvafiq sahədə çalışan mütəxəssislərlə paylaşılacaq.


Bu məqsədlə seminarda Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri tərəfindən "Süni tənəffüs aparatında olan xəstədə nə zaman ECMO barədə düşünək? Nə vaxt və kimə ECMO?", "Ağır koronavirus xəstəsinin qiymətləndirilməsi: Ağciyər qoruyucu ventilyasiyada ECMO-nun rolu" və "ECMO taxmanın texniki problemləri, zamanlamanın vacibliyi" mövzusunda hazırlanmış ümumilikdə üç çıxış dinləniləcək, eyni zamanda iştirakçıların mövzu ilə əlaqəli sualları cavablandırılacaq.
Seminarda iştirak ödənişsizdir.


Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!


Qeydiyyatdan keçmək üçün linkhttps://forms.gle/iMMUYcrMz7v8Wkn18
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]