Xurşidbanu Natəvana məxsus şeirlərindən və rəsmlərindən ibarət 7 ədəd əlyazması bərpa olunacaq +FOTO=16
Bu xəbəri paylaş
Azərbaycanın görkəmli şairəsi, el arasında “Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvana məxsus şeirlərindən və rəsmlərindən ibarət 7 ədəd əlyazması
bərpa olunacaq
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə Azərbaycan Dövlət Teatr muzeyindən Azərbaycanın görkəmli şairəsi, el arasında “Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvana məxsus şeirlərindən və rəsmlərindən ibarət 7 ədəd əlyazması bərpa məqsədilə daxil olmuşdur.
Bundan əvvəlki illərdə hazırda Azərbaycan Milli Tarix muzeyinin ekspozisiyasında sərgilənən, “Şairə, Xanqızı Xurşidbanu Natəvana məxsus ətəklər mərkəzimizdə yüksək səviyyədə bərpa olunaraq muzeyə təhvil verilmişdi.
İnanırıq ki, bərpaçılarımızın peşakarlığı sayəsində bu əlyazmalar da yüksək səviyyədə bərpa olunaraq Qarabağın mədəniyyət beşiyi olan Şuşamızda, Xurşidbanu Natəvanın Ev muzeyinin ekspozisiyasında tamaşaçılara təqdim olunacaq.
Hal-hazırda bərpa prosesində olan əlyazmaların fotoşəklillərini təqdim edirik.
Bu xəbəri paylaş
(Sadıxov Rasim Mirzəbala oğlu)















