Ermənistan prezidenti Baş Qərargah rəisinin istefası barədə qərarı İMZALAMADI - Paşinyan Baş Qərargah rəisinin istefası təklifini yenə prezidentə göndərəcək
Bu xəbəri paylaş
Ermənistan prezidenti Baş Qərargah rəisinin istefası barədə qərarı İMZALAMADI
Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərarı təsdiqləməyib. Sənədi baş nazir Nikol Paşinyana geri qaytarıb.
XXX
Ermənistan müxalifəti prezident Armen Sarkisyana saat 18:00-a qədər vaxt verib.
Ermənistan KİV-nə istinadən xəbər veririk ki, o bu saata qədər Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə baş nazir Nikol Paşinyanın qərarını rədd etməlidir. Prezidentin qərara imza ataraq onu təsdiqləməsi halında, müxalifət ordunun qərara tabe olmamasını dəstəkləyəcəyini söyləyib.
Parlament binası qarşısında toplaşan müxalifət fəalları hüquq-mühafizə orqanlarını etirazlara qoşulmağa çağırıb. Hazırda paytaxt Yerevanda etiraz aksiyaları davam edir. Yaxın vaxtlarda prezident Armen Sarksiyanın Baş Qərargah rəisi ilə bağlı yekun qərar verməsi gözlənilir.
***
Paşinyan Baş Qərargah rəisinin istefası təklifini yenə prezidentə göndərəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması təklifini yenidən prezidentə göndərəcək.
Bu barədə Paşinyan özünün feysbuk səhifəsində yazıb:
“Prezident Baş Qərargah rəisinin istefaya göndərilməsi ilə bağlı qərarı geri göndərdi. Bu qərar mövcud vəziyyətin həllinə kömək etmir. Bir daha, müəyyən olunmuş prosedura uyğun olaraq, prezidentə imzasını gözləyərək Baş Qərargah rəisinin istefası üçün vəsatət göndərəcəyəm”.
Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə qərarı Baş nazirə qaytarıb.
Bu xəbəri paylaş
(Sadıxov Rasim Mirzəbala oğlu)