ADPU Tələbə Gənclər Təşkilatı "XOCALIM" adlı onlayn konfrans keçirib - FOTO

ADPU Tələbə Gənclər Təşkilatı "XOCALIM" adlı onlayn konfrans keçirib - FOTO

Fevralın 26-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə onlayn formada ZOOM platforması üzərindən Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "XOCALIM" adlı konfrans keçirilib. Tədbirdə ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, universitetin Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, həmin şöbənin mütəxəssisi Cavid Hüseynov, ADPU TGT-nin sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədr müavini İsmayıl Nəsirov, fakültə dekanları və 300 nəfərə qədər tələbə iştirak edib.


Konfransda ADPU TGT-nin aktiv tələbələrinin iştirakı ilə hazırlanan kompozisiyalar və "Unutma Xocalını" adlı qum üzərində rəsm təqdimatı nümayiş olunub.


Rəsmi hissədə çıxış edən prof. F.Rzayev XX əsrin ən dəhşətli faciəsi hesab olunan Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında əbədiyyən qalacağını qeyd edərək eyni zamanda bu faciənin gələcək nəsillərə ötürülməsinin Azərbaycan müəllimlərinin qarşısında duran  çox böyük bir müqəddəs amal olduğunu vurğulayıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]