Lənkəran teatrı Xocalı soyqırımının ildönümünə həsr olunmuş audio-video kompozisiyanın təqdimatını keçirib - – VIDEO-FOTO

Lənkəran teatrı Xocalı soyqırımının ildönümünə həsr olunmuş audio-video kompozisiyanın təqdimatını keçirib – VIDEO-FOTO

 Lənkəran teatrı Xocalı soyqırımının ildönümünə həsr olunmuş audio-video kompozisiyanın təqdimatını keçirib – VIDEO-FOTO

 

Fevralın 26-da Lənkəran Dövlət Dram Teatrının truppası Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş audio-video kompozisiyanın təqdimatını keçirib.
AZpress.AZ xəbər verir ki, audio-video kompozisiya teatrın rəsmi facebook səhifəsində, eləcə də səsgücləndirici qurğular vasitəsilə Lənkəran şəhərinin mərkəzi ərazilərində yayımlanıb.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri və rus hərbi birləşmələrinin Xocalı şəhərinə hücumu zamanı amansızlıqla öldürülən, doğma yurd-yuvalarından didərgin düşən günahsız insanların faciəli taleyi, onların vətənpərvərlik hisləri, psixoloji və mənəvi durumu təsirli səhnələrlə audio-video kompozisiyada əks etdirilib.
Mətni teatrın aparıcı aktyorlarından Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, Qızılgül Quliyeva və Allahverən Babayev səsləndiriblər.
Kompozisiyanın musiqi tərtibatçısı Fərahim Fərəcov, montajçı Təvəkkül Həsənovdur.
Ağaddin BABAYEV

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]