Vyanada Xocalı soyqırımı qurbanları anılıb və yerli mətbuata faciə ilə bağlı açıqlama verilib

Vyanada Xocalı soyqırımı qurbanları anılıb və yerli mətbuata faciə ilə bağlı açıqlama verilib

Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.


Azərbaycanın Avstriyadakı səfirliyinin önündə keçirilən tədbirdə Dərnək üzvləri və bu ölkədəki türk mətbuatının nümayəndələri iştirak edib.


Aksiya zamanı Azərbaycan səfirliyinin önündə yaradılmış anım güşəsinə əklillər qoyulub və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  


Dərnəyin sədri Yardım Günəş səfirliyin önündə Avstriyadakı  türk mətbuat orqanlarının təmsilçilərinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bildirib ki, bəşəriyyətin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının tanıdılması və siyasi-hüquqi qiymətin verilməsi üçün hər bir diaspor üzvü və təşkilatı yerli ictimaiyyət və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etməli, ardıcıl və sistemli fəaliyyət aparmalıdır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]