"Xocalı həqiqətləri" - ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi Xocalı soyqırımını yad edib - FOTO

"Xocalı həqiqətləri" - ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi Xocalı soyqırımını yad edib - FOTO

Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşkilatçılığı ilə 26 Fevral - Xocalı soyqırımın 29-cu ildönümünə həsr olunmuş "Xocalı həqiqətləri" adlı onlayn tədbir keçirilib. Microsoft Teams platforması vasitəsi ilə baş tutan tədbirdə universitetin Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev , Bakı Dövlət Universitetin (BDU) dosenti, tarixçi-alim, "Xocalı soyqrımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri" kitabının müəllifi Boran Əziz, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti Zakir Kərimov və ADPU THİK-in sədri sədri, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti Vurğun Məmmədov iştirak edib.


Çıxış edənlərdən prof. F. Rzayev, dos. V. Məmmədov, tarixçilər B. Əziz və Z. Kərimov bəşər tarixində misli görünməmiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün dünyaya qarşı törədilmiş amansız soyqırımı olmasını, mənfur erməni xislətinin bariz təzahürü olduğunu qeyd ediblər. Natiqlər bildiriblər ki, xalqımızın qan tarixində silinməz izlər və sağalmaz yara qoyan bu faciə qarşısında düşmən Azərbaycan xalqının sınacağını, torpaqlarımızı birdəfəlik və daimi işğal altına alacaqlarını sanırdılar. Lakin tarixi yaddaşından güc alan xalqımız ümummilli lider Heydər Əliyevin və daha sonra cənab prezident İlham Əliyevin rəhbərliyi ilə özünü toparladı və yenidən dünyada öz haqq sözünü deməyə qabil oldu. Nəhayət, 2020-ci ilin əfsanəvi Vətən müharibəsi ilə Azərbaycanın igid oğulları öz qanları ilə şanlı Zəfərə imza atdılar, Vətənimizin ərazi bütövlüyünü bərpa edib.


Tədbirdə fəal tələbələr çıxışlar edib, hazırladıqları videokompozisiyanı təqdim ediblər.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]