Xocalı soyqırımı dünya mediasında işıqlandırılıb

Xocalı soyqırımı dünya mediasında işıqlandırılıb

Soydaşlarımızın təşəbbüsü ilə  dünyanın bir çox media orqanlarında  Xocalı soyqırımının 29-cu il dönümü ilə əlaqədar məqalələr yayımlanıb.  İtaliyanın "eurasiaticanews.altervista.org" xəbər portalının "Azərbaycanda  Xocalı qətliamının 29-cu ildönümü qeyd edilir" sərlövhəli məqaləsində      müəllif Xocalı soyqırımının Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən fərqlənmədiyini bir daha oxucuların nəzərinə çatdırılıb.
 

Finlandiyanın nüfuzlu www.suomenkuvalehti.fi xəbər portalında Xocalı soyqırımının 29-cu ildönümünə "Xocalı – tanınmamış soyqırım" sərlövhəli məqalə həsr olunub. Məqalədə əsir götürülən gənc xanıma verilən işgəncələr xüsusi ilə vurğulanıb.
 

Həmvətənlərimizin təşəbbüsü ilə İtaliyanın “Electo Magazine” xəbər portalında “Üzərindən 29 il keçən Xocalı qırğınına görə azərbaycanlılar ədalət tələb edir”sərlövhəli məqalə yayımlanıb. Enriko Tosellinin qələmə aldığı məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin və onların havadarlarının Xocalı şəhərində xüsusi qəddarlıqla dinc azərbaycanlıları qətlə yetirməsi barədə ətraflı məlumat verilib.


Almaniya Azərbaycanlıları Alyansının icraçı direktoru Qurban Məmmədovun alman mətbuatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı qətliamı: bütün məsuliyyəti Ermənistan daşıyır” sərlövhəli məqaləsi dərc olunub.


Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin 366-cı motoatıcı alayın köməyilə Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı aktı törətməsindən, eləcə də Ermənistanın təcavüzkar siyasətindən bəhs olunur.


Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Zərifə Əlizadənin təşəbbüsü ilə www.danas.rs xəbər portalında "Azərbaycanın Xocalı soyqırımından 29 il keçir" sərlövhəli məqalə yerləşdirilib.


Məqalədə bildirilib ki, Xocalıda törədilən dəhşətli qətliamın izləri Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək.


Məqalələrlə daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

http://eurasiaticanews.altervista.org/lazerbaijan-commemora-il-29-anniversario-del-massacro-di-khojaly/

https://suomenkuvalehti.fi/megafoni/khojali-kansanmurha-jota-ei-tunneta
 

http://eurasiaticanews.altervista.org/lazerbaijan-commemora-il-29-anniversario-del-massacro-di-khojaly/
 

https://nex24.news/2021/02/massaker-von-chodschali-armenien-traegt-die-volle-verantwortung/
 

https://www.danas.rs/svet/azerbejdzan-obelezava-29-godina-od-genocida-u-hodzaliju/


https://nex24.news/2021/02/massaker-von-chodschali-armenien-traegt-die-volle-verantwortung/

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]