Dönüş: Sabaha qalmayan qisas adlı tədbir – sərgi keçirildi.

“Dönüş: Sabaha qalmayan qisas” adlı tədbir – sərgi keçirildi.

 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan İstiqlal Muzeyi

“Dönüş: Sabaha qalmayan qisas” adlı tədbir – sərgi keçirildi.


24 fevral 2021 – ci il saat 1500 - da Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29 – cu ildönümünə həsr olunmuş “Dönüş: Sabaha qalmayan qisas” adlı tədbir – sərgi keçirildi.
Xocalı soyqırımı — 1992-ci ilfevralın 25-dən26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalıya hücumda 366-cı motoatıcı alayınhərbçiləri iştirak etmişdir.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanıiştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənovşəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindənİgidliyə görə" medalıilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovüç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.
2020 – ci ilin 27 sentyabrında başlanmış Vətən Müharibəsi zamanı Azərbaycanın müzəffər ordusu 44 gün ərzində döyüş meydanında Xocalı soyqırımının, o cümlədən ermənilərin azərbaycanlılara qarşı törətdikləri hərbi – siyasi cinayətlərin qisasını almışdır.
Hazırda Xocalı soyqırımının tanınmasıAzərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalısoyqırımını İslam Konfransı Təşkilatına daxil olan 7 ölkə olmaqla, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Ruminiya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Pananma, Sloveniya, Şotlandiya və Cibuti parlamentləri tam səviyyədə tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.
Tədbirdə Azərbaycan İstiqlal muzeyinin direktoru v.m.i.e Sədi Mirseyibli, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, rəssam Vaqif Ucatayın oğlu Güntay Hüseynli çıxış etdilər.
Sərgidə Azərbaycanın tanınmış rəssamıVaqif Ucatayın azərbaycanlıların soyqırımına aid “BAX!, GÖR!, UNUTMA!” adlı 73 ədəd qrafika janrında çəkdiyi əl işləri nümayiş etdirilir. Sərgi mart ayının 10 - ə qədər açıq olacaq.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]