COĞRAFİYA İNSTİTUTU ABŞERONLULARA KİTAB HƏDİYYƏ EDİB -

COĞRAFİYA İNSTİTUTU ABŞERONLULARA KİTAB HƏDİYYƏ EDİB

 COĞRAFİYA İNSTİTUTU ABŞERONLULARA
KİTAB HƏDİYYƏ EDİB

 

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə akademiklər Cəlal Əliyev və Budaq Budaqovun birgə müəllif olduqları “Türklər, azərbaycanlılar, ermənilər: Tarixi həqiqətin soyqırımı” kitabını 3 dildə - Azərbaycan, ingilis və rus dillərində iki min ədəd olmaqla Abşeron məktəblilərinin kitab fonduna, 1000 ədədini isə Azərbaycan Respublikası “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Abşeron nümayəndəliyinə hədiyyə edib.
Abşeron rayon Təhsil şöbəsinin “Tarixi həqiqətin soyqırımı” adda keçirdiyi tədbirdə çıxış edən İnstitutun nümayəndəsi, İctimai əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova kitabın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, eləcə də mənfur qonşularımızın iç üzünü, təcavüzkar xislətini tanımaqda həmvətənlərimiz üçün köməkçi rol oynayacağını diqqətə çatdırıb.
Tədbirin sonunda Abşeron Rayon Təhsil şöbəsi və AR “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Abşeron nümayəndəliyi adından Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun və A.Aslanovanın adına yazılmış Təşəkkürnamə və Fəxri Diplom İnstitut nümay
əndəsinə təqdim edilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]