UEFA Çempionlar Liqasında 18 finalın ilk oyunları başa çatıb - - İNTİQAM təqdim edir (AZpress.AZ)

UEFA Çempionlar Liqasında 1\8 finalın ilk oyunları başa çatıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

 FUTBOL
--------------------------------------------
UEFA Çempionlar Liqasında 1\8 finalın ilk oyunları başa çatıb


UEFA Çempionlar Liqasının 2020\2021-ci illər mövsümündə 1\8 final mərhələnin ilk oyunları keçirilib. Bu mərhələdə ən çox sensasiyaya səbəb olan oyunlardan biri mərhələnin oyunlarının ilk günü baş tutan "Barselona" (İspaniya) - "PSJ" (Fransa) matçı olub. Bu qarşılaşmada cütün favoriti ev sahibi olan "Barsa" olsapda Fransa təmsilçisi hollandiyalı mütəxəssis Ronald Kumanın rəhbərlik etdiyi "göy narıncılar"ı sözün əsil mənasında darmadağn edib - 1:4. Daha bir sensasiya yaradan nəticə "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya) matçında qeydə alınıb. Bu qarşılaşmada da qonaqlar ev sahibini eyni hesabla darmadağın edib. Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:
"Leypsiq" (Almaniya) - "Liverpul" (İngiltərə) - 0:2;
"Sevilya" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:3;
"Portu" (Portuqaliya) - "Yuventus" (İtaliya) - 2:1;
"Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) - 0:1;
"Atalanta" (İtaliya) - "Real" Madrid (İspaniya) - 0:1;
"Borussiya" M (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 0:2.


İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]