ADU-nun Çinşünas tələbələri Xocalı faciəsini yad edib - FOTO

ADU-nun Çinşünas tələbələri Xocalı faciəsini yad edib - FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinşünas tələbələrin iştirakı ilə Xocalı soyqırımınına həsr olunmuş onlayn tədbir keçirib. Tədbirdə açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov  XX əsrin faciəvi hadisələrindən biri kimi Xocalı qətliamının nəticələri barədə danışaraq, dünyada bu qanlı faciə haqqında həqiqətlərin yayılması, Azərbaycan xalqının soyqırımı kimi tanınmasına nail olmağın vacibliyini xüsusi qeyd edib.


O, Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirləri, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan "Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyasını dəstəkləyərək, hər il faciə qurbanlarının anılmasının vacibliyini vurğulayıb.


Tədbirdə iştirak edən Konfutsi İnstitutunun  Çin dili müəllimi Əfsanə Mirsalayeva Xocalı soyqırımı qətnamələrinin son illərdə bir çox dövlətlərin qanunverici orqanlarında qəbul olunduğunun əhəmiyyətini vurğulayaraq, beynəlxalq hüquq əsasında Xocalıda törədilmiş soyqırıma hüquqi qiymət verilməsini qeyd edib.


Onlayn tədbirdə ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbəsi Şəbnəm Məmmədova Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində baş vermiş Xocalı soyqırımının təfərrüatları barədə məlumat verib. O Çin dilində  hazırladığı video-çarxda faciəli hadisələr və törədilmiş  qanlı cinayətlər haqqında faktlardan söz açıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]