Gülağa Tənha - Sumqayıt hadisələri I hissə

Gülağa Tənha Sumqayıt hadisələri I hissə


27 fevraldan -28 keçən gecə Sumqayıt hadisələrini törədənlər ermənilər olmuşdur. Diqqət etsək görərik k, düşman məhz məhz hiylə və hucumunu həyata keçirmək üçün ən soyuq ayı, hətta günləri belə seçmişdir. Xocalı 26 fevral, Sumqayıt hadisələri isə yuxarıda qeyd edilən tarix. Xeyriyyəçi – şair Gülağa Tənha (Qənbərov) I hissədə qazandığı təcrübəni bölüşür və yaxşı cəhətləri başqa dövlətlərdən ibrə almağı tövsiyə edir. II hissədə isə erməni vandalizimindən danışılacaqdır... Bizi izləyin... Ətraflı video linkdə.
Tarix
28 fevral 1988 - ci il tarixində Sumqayıtda ermənilər tərəfindən hadisələr törədildi...
Qoca və orta yaşlı nəsil bilir, qoy gələcək nəsil də bilsin ki, 27- fevraldan 28 - nə keçən gecə Sumqayıt hadisələrin təşkilatçıları ermənilər olmuşdur. Sabah əllərinə şuar götürüb bu günü xatırlanda bu faktları deyə biləsiniz. Hadisəni törədənlər Azərbaycan dilini yaxşı bilən ermənilərdən ibarət təxribatçı qruplar idi.
1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvələrində isə şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. İrəvanda bütün bunlar törədilən zaman Sumqayıt faciəsi hələ hazırlanırdı. "Sumqayıt qırğınları" proqramının icracılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması (öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür), hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq məqsədini güdmüşdür. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanmışdı.
1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər dünyasını dəyişir. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olur. Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.
Ardı var...

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]