Muxtar Bəydili: bir gün Xocalı soyqırımını həyata keçirənlərə də sıra gələcək

Muxtar Bəydili: “bir gün Xocalı soyqırımını həyata keçirənlərə də sıra gələcək”

"26 fevral, 1992-ci ildə Xocalıda ermənilərin həyata keçirdiyi soyqırım Azərbaycan torpaqlarının işgal planının bir parçası idi. Bu gün artıq o işgal Azərbaycanın qəhrəman ordusu tərəfindən sona çatdırılıb. Hazırda həmin ərazilərdə Xocalıya ədalət var".
 

Türkmən Doktorlar Biriliyinin rəhbəri Muxtar Bəydilinin Azərbaycan Prezidentinə ünvanladığı müraciətdə əksini tapıb. Muxtar Bəydili əmin olduğunu bildirib ki, bir gün həmin soyqırımı həyata keçirənlərə də sıra gələcək: "O qatillər beynəlxalq məhkəmədə cavab verəcəklər. Xocalıda həyata keçirilən soyqırımı unutmadıq, unutmayacağıq".
 

Muxtar Bəydili Azərbaycan Prezidentinə müraciətində daha sonra qeyd edib: "Siz dünyanın ən savadlı, ən vətənpərvər və uzaqgörən dövlət başçısısınız. Mən bütün Türkmənlər adına Hələbdən İmadəddin Nəsiminin nəslindən olaraq Xocalıda şəhid edilən soydaşlarımıza Allahdan rəhmət diləyirəm".

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]