Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

 Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

 

Fevralın 26-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Xocalı soyqırımı”nın 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən bütün beynəlxalq hüquq normaları pozularaq, 366-cı motoatıcı alayın köməkliyi ilə Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridilib. Nəticədə aralarında uşaqlıar, qadınlar və qocalar olmaqla 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Həmin gecə özlərini məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan xalq kimi təqdim edən təcavüzkar erməni millətçilərinin və sərsəm “Böyük Ermənistan” ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsində dünyanın ən dəhşətli soyqırımlarından biri törədilib. Lakin Xocalı soyqırımı bütün Azərbaycan xalqını sarsıtsa da onun qələbə ruhunu öldürə bilməyib. Həmin gecə xocalılar özlərini əsl qəhrəman kimi apararaq, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı geniş miqyaslı tədbirlərlə qeyd edilir. Azərbaycan xalqı heç zaman soyqırım qurbanlarını unutmayacaq. Akademik bildirib ki, bu gün biz bu faciəni qalib xalq kimi qeyd edirik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Bu Xocalı faciəsinə verilə biləcək ən ədalətli cavabdır.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvləri Novruz Quliyev, Tərlan Məmmədov, İbrahim Əzizov, biologiya üzrə elmlər doktorları Şahniyar Bayramov, Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktorları İsmayıl Zülfüqarov, Ələmdar Məmmədov, Ulduza Qurbanova, institutunn gənc əməkdaşları Aynurə Paşayeva, Aygün Sadıqova və Nərgiz Bayramova bu il Xocalı faciəsinin ildönümünün başqa bir əhval-ruhiyyə ilə qeyd olunduğunu vurğulayaraq, tezliklə bütün Azərbaycan torpaqlarında üçrəngli bayrağımızın dalğalanacağına əmin olduqlarını bildiriblər. Bu gün mövcud olan iqtidar-xalq birliyi bunun üçün zəmin yaradır.

Tədbirdən sonra institutun bir qrup əməkdaşı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə əklil qoyaraq faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]