Güləşçilərimiz Kiyev turnirinə qatılacaqlar - - İNTİQAM təqdim edir (AZpress.AZ)

Güləşçilərimiz Kiyev turnirinə qatılacaqlar - İNTİQAM təqdim edir (AZpress.AZ)

GÜLƏŞ
----------------------------------------------------------------------------------
Güləşçilərimiz Kiyev turnirinə qatılacaqlar

 

Fevraləın 26-da Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə həsr olunan və sayca 24-cü olan beynəlxalq güləş turnirinə start veriləcək. 3 gün davam edəcək bu ənəvi turnirdə Azərbaycan güləşçiləri də iştirak edəcəklər. Azərbaycan Güləş Federasiyasından vrilən məlumata görə, ölkəmiz sözügedən turnirdə 12 sərbəst güləşçi və 8 qadın idmançı ilə təmsil olunacaq. Böyük məşqçi məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Kiyev turnirinə qatılacaq 12 nəfərlik heyətdə Mahir Əmiraslanov, Əfqan Xaşalov, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Cəbrayıl Hacıyev (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) yer alıb.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında bəlli turnirə qatılacaq 9-luğa isə Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) cəlb edilib.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı və Həbib Nurulu təmsil edəcək.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]