Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması istiqamətində addımlar atılır - +FOTO=22

Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması istiqamətində addımlar atılır +FOTO=22

 Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması istiqamətində addımlar atılır

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışır.

Belə ki, gün boyu (24.02.2021) Bakı şəhərində agentliyin xidmət etdiyi əsas küçə, prospekt və yollara, həmçinin respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.

 

Agentliyə məxsus maşın-mexanizmlər və canlı qüvvə qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb.

 

Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlərin nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq bir daha idarə etdikləri avtonəqliyyat vasitəsi qış fəslinə, xüsusən də bu cür qarlı və şaxtalı havaya uyğun təchiz edilməyən sürücülərdən mümkün dərəcədə yollara çıxmamalarını tövsiyə edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]