YOLLAR BİZİ QARABAĞA APARIR! -

YOLLAR BİZİ QARABAĞA APARIR!

YOLLAR BİZİ QARABAĞA APARIR!

 

Bugün Xocalı faciəsindən 29 il ötür. Gözümüz önündə o gecə agrının-əzabın ən dəhşətlisini, erməni vəhşəti ilə əzizlərini, doğmalarını birdəfəlik itirərək kimsəsizliyin ən acısını - dövlətin varlığı ilə yoxluğunun bilinməzliyinin təhlükəsini duyan, “mənə, bizə kömək edən kimsə tapılacaqmı?” sualı ilə çarəsizliyin qorxusunu, ümidin öldüyünü yaşayan uşaqların, qocaların, anaların unudula bilməyəcək, həmişə o yaşda və o dərddə qalacaq bizi yandırıb-yaxan şəkillərdən boylanan fəryad dolu baxışları... Qarı, çovğunu, qışın sərt sazağını bir heç sayan, arxada qoyan o dəhşətli gecənin, bütün dünya tarixində əbədi qalacaq o ağır Xocalı faciəsinin elə həmin bir gecədə dərddən, iztirabdan qocalan, yaşlanan... uşaqları..., min dəfə ölüb dirilən anaları... o vaxtı iqtidarın vahid komandanlıq ətrafında birləşən Ordusunun olmaması üzündən dövlətin düşmən qarşısında acizliyinin xəcalətini ən ağır yük kimi çiynində daşımağa məhkum edilən ataları... oğulları... Doğrudur, Siz şəhid olmadınız o gecə, amma yüz şəhidin ölümünü yaşadınız diri-diri... Ermənilərin bu vəhşətini, tarixin bu amansız gününü unutdurmağa ZAMANIN gücü çatarmı? Qətiyyən yox! Amma xalqımızın birlikdə bu dərdi içinə çəkməsi, düşmənə nifrətin ən böyüyünün köksümüzdə yurd salması 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun əsgərləri tərəfindən bir vulkana döndü, erməni ordusunu, erməni mifini darmadağın etdi, 44 günün 44 əsrə bərabər şanlı QƏLƏBƏsinin sevinci yaralarımıza su səpdi, bütün səhidlərimizin ruhunu tərpətdi, “bu Qalibiyyətdə sizin də payınız var”, deyib Vətən göylərinə qaldırdı, geri aldığımız o əziz, doğma yerlərdə torpaq altda qalanlarımızı, itkin düşənlərimizi əbədi rahatlatdı... Bu il ilk dəfədir ki, Xocalı faciəsi günü QÜRURLUYUQ! Çünki bizim xalqımız böyük ZƏFƏR tarixi yazdı! Var olsun torpaqlarımızla birlikdə bütün qürurumuzu, ləyaqətimizi bizə qaytaran möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız CƏNAB İLHAM ƏLİYEV və onunla daima bir olaraq QALİBİYYƏTLƏR TARİXİ yazan, müstəqil dövlətimizi ucalara aparan böyük AZƏRBAYCAN XALQI!!!
Ucalara yol açıqlığı ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticələri ilə bağlıdır. İqtisadi gücün artırılması torpaqlarımızın işğaldan azad edilməsində və dövlətimizin ərazi bütövlüyünün bərpasında, bütövləşmiş Azərbaycanımızın sərhədlərinin qorunmasında hərbi qüdrətin möhkəmləndirilməsinin həlledici amilinə çevrilmişdir. Boyük QƏLƏBƏ indi yeni, sistemli və davamlı islahatlara geniş üfüqlər açır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yeni geniş üfüqlərin və uğurlara aparan yolların, dəqiq hesablanmış hədəflərin xəritəsidir. Davamlı artan, daxili və xarici təsirlərə dayanıqlılığı təmin edən, vətəndaşların həyatının birbasa rifahının əsas amili olan rəqabətqabiliyyətli iqtisadiyyata nail olmaq, dinamik, inkluziv, sosial ədalətə əsaslanancəmiyyətin formalasdırılması,rəqabətli insan kapitalı və müasir innovasiyalar məkaninin yaradılması, işğaldan azad edilmişərazilərəböyük qayıdışın təmin olunması və nəhayət, ölkəmizin təmiz ətraf mühit və“yaşıl artım” ölkəsi kimi şöhrətlənməsidir.Bu hədəflərin həyata keçirilməsini növbəti onillikdə əsasən həmin Milli Prioritetin reallasdırılması təmin edəcək. Biz buna inanırıq. Çunki möhtərəm Prezidentimiz cənab İlham Əliyev məhz bu cür dəqiq hesablanmış addımlarla böyük uğurlara imza atır. Cənab Prezidentin özünün dediyi kimi, o nəyi nə vaxt edəcəyini çox yaxşı bilir. Və bunu həm xalqımız qarşısında, həm dünya dövlətləri qarşısında ən ağır, ən çətin imtahan olan Vətən müharibəsində bütun xalqı öz ətrafında birləşdirə bilən ƏSL LİDER əzəməti ilə və bütün Silahlı Qüvvələri vahid komandanlıq ətrafında birləşdirərək QƏLƏBƏni təmin edən ƏSL SƏRKƏRDƏ məharətinin möhtəşəmliyi ilə bir daha və ən qəti şəkildə sübut etdi! Bütövləşdirdiyi Azərbaycan dövlətinin gücünü bütün dünyaya tanıtdı! Xalqasədaqət, inam, etibar bəxş etməyin bundan böyük və hər tərəfdən aydın görünən yolu varmı?! Və qarşılığında xalqın öz liderinə, öz Prezidentinə böyük sel sevgisi və məhəbbəti!.. Öz rəhbərinin ətrafında qırılmaz polad birliyi!.. Bu sevgi və birlik dövlətimizin güclənməsi, qüdrətlənməsi ilə hamımızı, bütün Azərbaycan xalqını arzulara qovuşdurur və rahatlıqla gedilən yollara dönüb ucalara və ...30 il həsrət qaldığımız QARABAĞA aparır!!!
Fəqət ŞADLİNSKAYA,
YAP Bərdə rayon təşkilatının sədri


 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]