Baş Qərargah Paşinyanla bağlı yeni açıqlama... - Paşinyan Baş Qərargah rəisini vəzifəsindən azad etdi
Bu xəbəri paylaş
Baş Qərargah Paşinyanla bağlı yeni açıqlama...
Ermənistan Baş Qərargahı baş nazir Nikol Paşinyanla bağlı yeni açıqlama yayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hərbi komandanlıq hökumətin istefası barədə tələbini bir daha təsdiq edib.
“İstefa general və zabit heyətinin ümumi tələbidir. Bir daha öz mövqeyimizi təsdiqləyirik”.
Baş Qərargah Paşinyanın istefası ilə bağlı tələbin xarici qüvvələrin təsiri altında atılması iddiasını da rədd edib.
***
Paşinyan Baş Qərargah rəisini vəzifəsindən azad etdi
Ermənistan baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.
Modern.az xəbər verir ki, bu qərar Qasparyanın hökumətin istefasını tələb etməsindən sonra baş verib.
Baş Qərargah rəisi ilə yanaşı, Müdafiə Nazirliyinin bütün idarə rəisləri, ordu birləşmələrinin komandirləri Paşinyanın istefasını tələb edir.
Bu xəbəri paylaş
(Sadıxov Rasim Mirzəbala oğlu)