Bank VTB (Azərbaycan)-ın Visa Platinum kart istifadəçiləri üçün xüsusi yaz təklifi

Bank VTB (Azərbaycan)-ın Visa Platinum kart istifadəçiləri üçün xüsusi yaz təklifi

Yaz bayramları ərəfəsində  bank VTB (Azərbaycan)-ın Visa Platinum kart sahibləri sərfəli təkliflərdən yararlana bilər. Belə ki, Lilac mağazasında gül aldıqda onlar 5% endirim əldə edəcək.


Endirim www.trendyol.сom internet-mağazasında alış-veriş üçün də nəzərdə tutulub: 600 TL (türk lirəsi) və daha çox məbləğə alış-veriş zamanı alıcılara 60 TL-lik güzəşt təklif olunur. Sərfəli qiymətdən yalnız üç dəfə yararlanmaq mümkündür.


Mover.az saytından çatdırılma sifariş edərkən VTB (Azərbaycan)-ın Visa Platinum kart sahibləri bonuslar qazanacaq. İlk sifarişdə 100%, növbəti 5 sifarişə görə - 50%, daha sonrakı 5 çatdırılma üzrə isə 10% bonus olaraq geri qaytarılır. Sifarişin çəkisi 2 kq-dan çox olmamalıdır.
Sərfəli təkliflər 31 mart 2021-ci il tarixinədək qüvvədədir.


VTB (Azərbaycan)-ın aksiyaları barədə ətraflı məlumatı bankın saytından əldə etmək mümkündür.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]