ADPU-da tələbələr üçün "Microsoft Office tətbiqi proqramları" üzrə təlim kursuna start verilib - - FOTO

ADPU-da tələbələr üçün "Microsoft Office tətbiqi proqramları" üzrə təlim kursuna start verilib - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) könüllü tələbə Turanə Paşayevanın təşəbbüsü və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə tələbələrin onlayn dərslərinə dəstək və İnformasiya və Kommunikasiya Texnologiyalarından (İKT) istifadə imkanlarının artırılması məqsədi ilə "Microsoft Office tətbiqi proqram paketi"nə daxil olan MS Word, MS Excel və MS PowerPoint proqramlarında praktiki və səmərəli işləmə üzrə  təmannasız könüllü təlim kursuna start verilib.


Təxminən 1 ay yarım, 2 ay davam edəcək təlimlərə universitet tələbələri böyük maraq göstərib və 300 nəfərə yaxın tələbə müraciət edib.


Fevralın 22-də ilk sessiyası reallaşan təlim MS Teams platformasında paralel qruplar üzrə həftədə 3 dəfə, 1,5 saat olmaqla praktik şəkildə keçirilir.


Təlimlər layihənin təşəbbüsçüsü, İnformatika müəllimliyi ixtisasının I tədris ili tələbəsi, könüllü təlimçi Turanə Paşayeva, ADPU-nun İKT Mərkəzinin bölmə müdiri, mütəxəssis Rüfət Əliyev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli tərəfindən paralel şəkildə aparılır.


Təlabata görə növbəti aylarda da layihənin yeni qruplarla davam etdirilməsi planlaşdırılır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]