BDU-da Kimya fakültəsində Dihalogendiazadienlərin sintezi və onlardan üzvi sintezdə əlverişli sintonlar kimi istifadə edilməsi müzakirə edilib -

BDU-da Kimya fakültəsində Dihalogendiazadienlərin sintezi və onlardan üzvi sintezdə əlverişli sintonlar kimi istifadə edilməsi müzakirə edilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində növbəti elmi seminar “Dihalogendiazadienlərin sintezi və onlardan üzvi sintezdə əlverişli sintonlar kimi istifadə edilməsi” mövzusuna həsr olunub.
 

Seminarda Üzvi kimya kafedrasının professoru Namiq Şıxaliyev bu mövzuda təqdimatla çıxış edərək katalitik olefinləşmə reaksiyası, aldehid və ketonların N-əvəzolunmamış hidrazonlarının əsasi mühitdə, CuCl-in katalitik miqdarında, müxtəlif polihalogenalkanlarla reaksiyalarından müvafiq heminal dihalogen əvəzli olefinlərin sintezi haqqında məlumat verilib. Tədqiqat işində alınmış yeni nəticənin əvvəlki katalitik olefinləşmə reaksiyasından üstün cəhətlərə malik olması sübut edilərək reaksiya məhsulunun tərkibində iki funksional reaksiya mərkəzlərinin, həm heminal dihalogen əvəzli ikiqat rabitənin, həm də azo qrupun olması (qoşulmuş dixlordiazabutadien) onların üzvi sintez baxımından nə qədər əhəmiyyətli sinton olduğu göstərilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]