BDU-da diferensial operatorların bazislik xassələri və spektral ayrılışların müntəzəm yığması müzakirə edilib

BDU-da diferensial operatorların bazislik xassələri və spektral ayrılışların müntəzəm yığması müzakirə edilib

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində “Səthəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib requlyar Şturm sistemlərinin məxsusi funksiyalarının bazislik xassələri və spektral ayrılışlarının müntəzəm yığılması” mövzusunda onlayn elmi seminar keçirilib. “Riyazi analiz” kafedrasının professoru, riyaziyyat elmləri doktoru Ziyatxan Əliyev bu mövzuda məruzə edib.
 

Məruzədə bir ucu bərkidilmiş, digər ucunda inersial yük olan olan bircins Eyler-Bernulli çubuğunun əyilmə rəqslərini təsvir edən sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial tənliklər üçün spektral məsələ təqdim olunub. Baxılan məsələnin köklü alt fəzalarının strukturu, məxsusi funksiyalarının və onların törəmələrinin osillyasiya xassələri, məxsusi ədədləri və məxsusi funksiyaları üçün dəqiqləşdirilmiş asimptotik düsturlar, məxsusi funksiyalarının altsistemlərinin bazislik xassələri və bu altsistemlər üzrə spektral ayrılışlarının müntəzəm yığılması haqqında  məlumat verilib.
 

Professorlar Sadiq Abdullayev, Əli Əhmədov, Arif Səlimov, Hamlet Quliyev, dosentlər Telman Qasımov, dosent Yusif Sevdimalıyev məruzə ilə bağlı öz rəylərini bildirib, elmi seminarın çox aktual və əhəmiyyətli bir məsələnin müzakirəsinə həsr olunduğunu nəzərə çatdırıblar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]