Yana Kulan Yaponiya çempionatının ikincisidir - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
VOLEYBOL
------------------------------------------------------------
Yana Kulan Yaponiya çempionatının ikincisidir
Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Yana Kulanın formasını geyindiyi "Toray Errouz" klubu Yaponiya çempionatını ikinci pillədə başa vurub. Kulanın komandası həlledici final matçında "Marvelos"la bacarmayıb - 1:3. Həmin oyunda Kulan özünün və komandasının aktivinə 28 xal yazdırıb. Lakin bu xallar onun komandasının məğlubiyyətdən yaxasını qurtarmağa bəs etməyib. Bəlli final oyununun ən yaxşı oyunçusu isə "Marvelos"un liberosu Mako Kobata olub. O, oyun ərzində vurulan zərbələrin 79,2 faizinin qarşısını ala bilib. Kulana gəlincə isə, son 3 məvsümü Gündoğar Ölkədə keçirən voleybolçumuz bir oyunda 60 xal toplamaqla dünya rekordu vurub.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(Sadıxov Rasim Mirzəbala oğlu)