Masallıda növbəti müharibə veteranı vəzifəyə təyin olundu - (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

Masallıda növbəti müharibə veteranı vəzifəyə təyin olundu (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

 Masallıda növbəti müharibə veteranı vəzifəyə təyin olundu

Nurlan Şaiq oğlu Muradov Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur.

Qeyd edək ki, Nurlan Muradov 1996-cı ildə Masallı rayonunun Köhnə Zuvand kəndində anadan olub.

2003-2011-cı illərdə Köhnə Zuvand kənd orta məktəbində orta təhsil almış, 2011-2013-cü illərdə təhsilini Yeni Zuvand tam orta məktəbində davam etmişdir.

2013-2017-ci illərdə Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakultəsini bakalavr dərəcəsi üzrə bitirmişdir. 2017-ci ildə həqiqi hərbi xidmətə getmiş, 2018-2020-ci illərdə leytenant kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsdə xidmətini davam etdirmişdir.
Əmək fəaliyyətinə 2020-ci ildə Masallı rayon Heydər Əliyev Mərkəzində İstilik Sistemləri üzrə Mühəndis kimi başlamışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda başlanan Vətən müharibəsi zamanı cəbhənin Cəbrayıl-Qubadlı istiqamələrində gedən döyüşlərdə sücaətlə iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə leytenant Nurlan Şaiq oğlu Muradov “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Nurlan Şaiq oğlu Muradov Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun 22 fevral 2021-ci il tarixli müvafiq Əmri ilə Masallı RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin olunmuşdur.

Subaydır.

Təbrik edirik!.
ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]