Azərbaycan yığması "Böyük Dəbilqə"də 10-cu olub - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
CÜDO
--------------------------------------------------------------------
Azərbaycan yığması "Böyük Dəbilqə"də 10-cu olub
Xəbər verdiyimiz kimi 18-20 fevral günlərində Təl-Əvivdə (İzrail) kişi və qadın cüdoçular arasında Olimpiya təsnifatlı "Böyük Dəbilqə" turniri keçirilib. Turnirdə Azərbaycan da daxil olmaqla 61 ölkədən 418 (244 kişi və 174 qadın) tatmi ustası medallar uğrunda mübarizə aparıb. Üç güb davam edən bəlli turnirə 3-ü qadın olmaqla 15 cüdoçu ilə qatılan Azərbaycan yığması bir sıra ölkələri, o cümlədən Rumıniya, Rusiya, Belarus, italiya, Portuqaliya, Ukrayna, Monqolıstan, Macarıstan, Serbiya, Qazaxıstan, Xorvatiya, Braziliya və sair bu kimi komandaları geridə qoymaqla ilk onluğu tamamlayıb. Yığmamızın aktivində 1 birinci yer (Davud Məmmədsoy, 60 kq), 2 beşinci və 2 7-ci yer olub.İlk üçlüyü isə Fransa (3-1-1), Gürcüstan (2-1-5) və ev sahibi olan İzrail (1-2-1) bölüşüb.
İJF-nin təqvim planına əsasən cüdoçuların növbəti yarışı 27-28 fevralda Çexiyanın paytaxtı Praqada keçirilməsi nəzərdə tutulan Avropa Kuboku olacaq. Növbəti "Böyük Dəbilqə" isə 5-7 mart aralığında Daşkənddə (Özb\əkistan) təşkil ediləcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
(Sadıxov Rasim Mirzəbala oğlu)