Budapeştə gedən yol Kiyevdən keçəcək - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
GÜLƏŞ
---------------------------------------------------------------------
Budapeştə gedən yol Kiyevdən keçəcək
Azərbaycanın sərbəst güləş üzrə yığma komandası baş məşqçi Namiq Abdullayevin rəhbərliyi altında Maxaçkalada (Dağıstan, Rusiya) qarşıdaki yarışlara hazırılq prosesini davam etdirir. Fevralın 8-dən başlayan təlim-məşq prosesinə 11 güləşçi cəlb edilib ki, bi 11-likdə də Zfqan Xaşalov, Qiorqi Edişeraşvili, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Hacımurad Hacıyev (74 kq), Abubəkr Abubəkirov (86 kq), Osman Nurmaqomedov (92 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Maqomedov (125 kq) yer alıb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, daha bir qrup güləşçi çöyük məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda təlim-məşq prosesindədir. Həm Maxaçkala, həm də Bakı toplanışında iştirak edən güləşçilər özlərini 26-28 fevral aralığında Ukraynanın paytaxtı Kiyevdə təşkil ediləcək beynəlxalq turnirdə sınayacaqlar. Kiyev turniri 18-21 mart günlərində Macarıstanın paytaxtı Budapeşdə keçiriləcək Olimpiya təsnifatlı turnirə sınaq xarakteri daşıyacaq.
Yeri gəlmişkən, Yunan-Roma güləşi üzrə yığmamız hazırda Minskdə (Belarus), qadın komandamız isə Kiyevdə toplanışını davam etdirir.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
(Sadıxov Rasim Mirzəbala oğlu)