Vyetnamdan ölkəmizə idxal edilən 6 ton darçın məhsulunun istehlaka yararsız olduğu aşkarlanıb -

Vyetnamdan ölkəmizə idxal edilən 6 ton darçın məhsulunun istehlaka yararsız olduğu aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.


Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Vyetnam Respublikasında “Hanfimex Group” müəssisəsi tərəfindən istehsal olunan və "KAMSER TRADE GRUOP" MMC tərəfindən ölkəmizə idxal edilən 6 ton darçın məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib.


Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində ağır metallar qrupuna aid olan kadmiumun (Cd) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi aşkarlanıb.


Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]